Hikmət Hacıyev və Mariya Zaxarovanın brifinqi

Azərbaycan ilə Rusiya mühüm məsələdə razılığa gəlib

111
(Yenilənib 15:02 27.07.2018)
Hikmət Hacıyev: "Azərbaycan və Rusiya informasiya sahəsində əlaqələri genişləndirir"

BAKI, 27 iyul — Sputnik. "Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında informasiya sahəsində əməkdaşlıq üzrə birgə fəaliyyət planı var". Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, rusiyalı həmkarı Mariya Zaxarova ilə görüşdə belə əlaqələrin genişləndirilməsi üzrə növbəti addımları müzakirə ediblər: "Görüşlərimiz artıq intensiv xarakter daşıyır. KİV ilə qarşılıqlı əlaqə, sosial şəbəkələr, eləcə də rəqəmsal diplomatiya sahəsindəki potensial əməkdaşlıq məsələlərini müzakirə etdik. Belə konstruktiv səviyyədə əməkdaşlığımızı davam etdirəcəyimizə dair razılığa gəldik".

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan və Rusiya Xarici İşlər Nazirlikləri arasında xarici siyasət sahəsində informasiya təminatı mövzusunda məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrdə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev və Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova iştirak edib.

111
Teqlər:
Mariya Zaxarova, Xarici İşlər Nazirliyi, Hikmət Hacıyev, Rusiya, Azərbaycan, əməkdaşlıq
Əlaqədar
Rusiya XİN: Azərbaycana qarşı qarayaxma kampaniyası ilə bağlı nəsə etmək lazımdır
Azərbaycanla Rusiya arasında siyasi məsləhətləşmələr başlayıb