Sınıq Körpü gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilində 2000 ədəd Marlboro markalı siqaret aşkar olunub

Gömrükçülər külli miqdarda qaçaqmal siqaret müsadirə ediblər

87
(Yenilənib 13:22 27.07.2018)
Avtomobilin alt hissəsində ölkəyə siqaret gətirmək istəyən şəxs gömrük əməkdaşları tərəfindən saxlanılıb

BAKI, 27 iyul — Sputnik. Avtomobilin alt hissəsində ölkəyə siqaret gətirmək istəyən şəxs gömrük əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "OKA" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Kinoloji xidmət itinin tətbiqi ilə keçirilən baxış zamanı xidməti itin reaksiyasına əsasən, avtomobilin alt hissəsində, xüsusi hazırlanmış gizli saxlanc yerində 3600 ədəd "Marlboro" markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

87
Teqlər:
"Marlboro", qaçaqmal, Dövlət Gömrük Komitəsi, siqaret
Əlaqədar
Ölkə üzrə reyd: Siqaret çəkilməsi ilə bağlı kütləvi cərimələmə gedir
Spirtli içki və siqaret aludəçilərinə məyusedici xəbər
Aksiz markası olmayan siqaret və içkilər aşkarlanıb
Külli miqdarda siqaret müsadirə olunub
Siqaret çəkilməsinə icazə verilən və verilməyən məkanlar konkretləşdi