Azərbaycanlı "Artilleriya atəşinin ustaları" daha bir ölkəyə yollandılar

© AR Ministry of DefenseƏfqanıstana yola düşən hərbçilər
Əfqanıstana yola düşən hərbçilər - Sputnik Azərbaycan
Abunə olmaq
"Artilleriya atəşinin ustaları" müsabiqəsində iştirak etmək üçün Azərbaycan hərbçiləri Qazaxıstana yola düşüb

BAKI, 25 iyul — Sputnik. "Beynəlxalq Ordu Oyunları — 2018" çərçivəsində keçiriləcək "Artilleriya atəşinin ustaları" müsabiqələrində iştirak etmək üçün Azərbaycanın artilleriyaçılardan ibarət komandası Qazaxıstana yola düşüb. Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müsabiqə Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək.

Xatırladaq ki, "Beynəlxalq Ordu Oyunları — 2018" yarışları çərçivəsində iyulun 28-dən avqustun 11-dək Azərbaycan, Belarus, Qazaxıstan, Çin, İran və Rusiya ərazisində ümumilikdə 28 müsabiqə təşkil olunacaq. Azərbaycan hərbçiləri 5 müsabiqədə iştirak edəcək.

Hərbçilərimiz ölkəmizdə keçiriləcək "Dəniz kuboku" ilə yanaşı, Rusiyada "Tank biatlonu" və "Səhra mətbəxi", Belarusda "Snayper həddi" müsabiqələrinə qatılıblar. İndi isə Qazaxıstanda "Artilleriya atəşinin ustaları" müsabiqəsinə qatılacaqlar.

Bundan əlavə, hərbçilərimiz İranda keçiriləcək "Dərinlik" və Rusiyada təşkil olunacaq "Qoşun kəşfiyyatı əlaçıları" müsabiqələrində ölkəmizi müşahidəçi qismində təmsil edəcəklər.

Xəbər lenti
0