QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qazaxda diversiyanın qarşısı alındı, erməni kəşfiyyatçısı əsir götürüldü - FOTO

© Sputnik / StringerЗдание министерства обороны Азербайджанской Республики
Здание министерства обороны Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb

BAKI, 15 iyul — Sputnik. İyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. 

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb.

© AR Ministry of DefenseAzərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində əsir götürülmüş Karen Kazaryan
Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində əsir götürülmüş Karen Kazaryan - Sputnik Azərbaycan
Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində əsir götürülmüş Karen Kazaryan

Özünün bildirdiyinə görə o, 1984-cü il təvəllüdlü Karen Kazaryandır.

Hadisə zamanı Azərbaycan Ordusunun bölmələri itki verməyib.

Xəbər lenti
0