Emin Ağalarov və Donald Tramp, Moskva, 10 noyabr 2013-cü il

"Azərbaycanlı oğlanı ABŞ seçkilərinə müdaxilədə ittiham edirlər"

805
(Yenilənib 15:55 11.07.2018)
Emin Ağalarov: "Bu, olduqca qəribə və gülməli ittihamdır"

BAKI, 11 iyul — Sputnik. Azərbaycanlı müğənni və biznesmen Emin Ağalarov "Vice News" telekanalına müsahibəsində bəyan edib ki, o, heç vaxt ABŞ-da seçkilərin nəticələrinə təsir etmək istəməyib. Sputnik Azərbaycan xəbər verir ki, müsahibənin bir hissəsi telekanalın rəsmi səhifəsində yerləşdirilib.

Müğənni Emin Ağalarovun Bumeranq 2018 musiqi turu çərçivəsində Tbilisi konserti
© Foto E.Ağalarovun mətbuat xidməti tərəfindən təqdim olunub

"Məni ABŞ seçkilərinə müdaxilədə günahlandırdılar. Bu, olduqca qəribə səslənir. Məni, Moskvada yaşayan Azərbaycandan olan oğlanı. Çünki mən Donald Trampı şəxsən tanıyıram. Bu, olduqca qəribə və gülməli ittihamdır" — deyə müğənni bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın böyük oğlu, atasının namizədliyi təsdiq olunduqdan sonra kampaniyaya faydalı məlumat əldə etmək ümidi ilə, Hillari Klintona zərər verə biləcək məlumatlar olduğunu iddia edən bir rusiyalı vəkillə görüşdüyünü təsdiq edib.

Görüşdə Ağ Evin hazırkı müşaviri, Donald Trampın kürəkəni Cared Kuşner və Tramp kampaniyasının həmsədri Pol Manafort da iştirak edib. Trampın oğlu onu da əlavə edib ki, atası bu görüşdən xəbərsiz olub. "Reuters"in yaydığı məlumata görə, Trampın oğlu ilə Veselnitskayanın görüşünə müğənni-bəstəkar Emin Ağalarov da vasitəçilik edib.

Tramp ailəsinin Ağalarovlar ailəsi ilə tanışlıq tarixi 2013-cü ildən başlayıb. Həmin vaxt Moskvada "Miss Vselennaya 2013" müsabiqəsi keçirilirmiş. Həmin vaxt Ağalarovların təklifi kiçik Trampı maraqlandırıb. Ata Tramp isə Eminin məşhur kliplərindən birində şirkətin prezidenti obrazını canlandırıb.

805
Teqlər:
Emin Ağalarov, müdaxilə, biznesmen, Donald Tramp, müğənni, seçki, Azərbaycan, ABŞ, prezident
Əlaqədar
Emin Ağalarova daha bir fəxri ad verildi
Emin Ağalarov gürcüləri valeh edib
Emin Ağalarovdan faciə qurbanlarına böyük dəstək
Emin Ağalarov məşhur radionu satın aldı
Emin Ağalarovun ehtiraslı öpüş səhnəsi şoka saldı - VİDEO
Emin Ağalarovun şəxsi həyatı barədə maraqlı görüntülər üzə çıxdı
Здание министерства обороны Азербайджанской Республики

Azərbaycan Ordusu atəşkəs rejiminə tam riayət edir - MN

2
Oktyabrın 26-da saat 08.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub.

BAKI, 26 oktyabr - Sputnik. Azərbaycan Ordusunun bölmələri 26 oktyabr saat 08.00-dan qüvvəyə minmiş humanitar atəşkəs rejiminə bütün cəbhə boyu tam riayət edir.

Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Oktyabrın 26-da saat 08.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub.

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin dünən yaydığı məlumata əsasən, Dağlıq Qarabağda humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

2
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə

Tərtər rayonu yenə atəşə tutulub

13
ABŞ Dövlət Departamentinin dünən yaydığı məlumata əsasən, Dağlıq Qarabağda humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

BAKI, 26 oktyabr - Sputnik. Ermənistan Silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini və rayonun kəndlərini artilleriya atəşinə tutub.

Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Oktyabrın 26-da saat 08.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub.

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin dünən yaydığı məlumata əsasən, Dağlıq Qarabağda humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

13
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə