Вид на Flame Towers в Баку

Bakı sakinləri üçün son üç əsrin ən ağır günü yetişdi - RƏSMİ

1146
ETSN: Bu gün Bakıda və Abşeron yarımadasında 120 il ərzində rekord temperatur göstəricisi qeydə alınıb

BAKI, 1 iyul — Sputnik. Bu gün Bakıda və Abşeron yarımadasında bütün instrumental müşahidə dövrü ərzində (120 il) rekord temperatur göstəricisi qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Milli Proqnozlar Bürosundan Sputnik Azərbaycan-a verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında 43-44 dərəcə temperatur qeydə alınıb.

Bundan əvvəl rekord göstərici Bakı üçün 2017-ci ilin avqust ayında 41,6 dərəcə müşahidə edilib. Bu gün qeyd olunan temperatur həm iyul ayı üçün, həm də bütün yay mövsümü üçün rekord temperaturdur.

1146