Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar hərbi parad keçiriləcək

Sabah Bakıda nələrin şahidi olacağıq - Təfərrüat

528
Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi olacaq

BAKI, 25 iyun — Sputnik. Sabah Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar Azadlıq Meydanında hərbi parad keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hərbi paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar Nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə Xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4000 nəfərədək şəxsi heyəti iştirak edəcək.

Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunacaq.

Paradda, həmçinin Türkiyə Respublikası, Pakistan İslam Respublikası, Belarus Respublikası, Bəhreyn Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran İslam Respublikası, İsrail, Qazaxıstan Respublikası, Özbəkistan Respublikası, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı və Ukraynadan olan 100-dək nümayəndə iştirak edəcək.

528
Teqlər:
Müdafiə Nazirliyi, nümayiş, hərbi parad, Azərbaycan Silahlı Qüvvələri
Əlaqədar
İranın müdafiə nazirinin müavini hərbi parada görə Azərbaycana gəldi
Azərbaycan ordusunun aviasiyası parada necə hazırlaşır
Hərbi paradla bağlı yollar bağlanılacaq
Kitabxanada qız, arxiv şəkli

"Tıq-tıq xanım" nağılı ingilis dilinə tərcümə edilib

4
(Yenilənib 23:09 26.02.2021)
Tofiq Bakıxanovun İsveçdə yaşayan nəvəsi Nadim Əliyev Abdulla Şaiqin 140 illik yubileyi ilə bağlı maraqlı bir təşəbbüs göstərərək ədibin uşaqlar üçün qələmə aldığı "Tıq-tıq xanım" nağılını ingilis dilinə tərcümə edib

BAKI, 27 fevral — Sputnik. Abdulla Şaiqin 140 illik yubleyi ilə bağlı "Tıq-tıq xanım" nağılı ingilis dilinə tərcümə edilib.

Sputnik Azərbaycan xəbər verir ki, görkəmli Azərbaycan bəstəkarı Tofiq Bakıxanovun İsveçdə yaşayan nəvəsi Nadim Əliyev Abdulla Şaiqin 140 illik yubileyi ilə bağlı maraqlı bir təşəbbüs göstərərək ədibin uşaqlar üçün qələmə aldığı "Tıq-tıq xanım" nağılını ingilis dilinə tərcümə edib.

Nağılın ingilis dilində tərcüməsi kitab formatına salınıb. Kitabdakı illüstrasiyaların müəllifi Aleks Bjelicadır.

4
At, arxiv şəkli

Gədəbəydə naməlum şəxslər atı ağacdan asıblar

10
(Yenilənib 22:48 26.02.2021)
Tovuz rayonu Keşməli kənd sakini Həsənov Elton ona məxsus atın Gədəbəy rayonunun Saratovka kəndində ağacdan asıldığı ilə bağlı polisə şikayət ərizəsi təqdim edib.

BAKI, 26 fevral — Sputnik. Gədəbəy rayonunda Tovuz sakininə məxsus atın hələ ki, kimliyi məlum olmayan şəxs və ya şəxslər tərəfindən ağacdan asılmasına görə polis araşdırmalara başlayıb.

Bu barədə "Report"a DİN-ın Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib.

“Vətəndaş Elton Həsənovun müraciəti ilə əlaqədar Gədəbəy rayon Polis Şöbəsində araşdırmalar aparılır, araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək” - deyə, DİN rəsmisi bildirib.

Qeyd edək ki, Tovuz rayonu Keşməli kənd sakini Həsənov Elton İlham oğlu ona məxsus atın Gədəbəy rayonunun Saratovka kəndində hələlik kimliyi bilinməyən şəxs və ya şəxslər tərəfindən ağacdan asıldığı ilə bağlı polisə şikayət ərizəsi təqdim edib.

10