Rizvan Hüseynov

"Dağlıq Qarabağda baş verən qiyamlar Bakını müdafiəsiz qoydu"

38
(Yenilənib 15:00 25.06.2018)
Rizvan Hüseynov: "1918-ci ildə Azərbaycan ordusunun mövcud olması ciddi faktor idi"

BAKI, 25 iyun — Sputnik. "1918-ci ildə Azərbaycan ordusunun yaradılması möhtəşəm tarixi hadisə idi". Bunu Sputnik Azərbaycan Multimediya Mətbuat Mərkəzində Azərbaycan Ordusunun yaradılmasının 100 illiynə həsr olunmuş tədbirdə Qafqaz Tarixi Mərkəzinin (QTM) direktoru Rizvan Hüseynov deyib.

Tarixçi bildirib ki, Rusiyada çarizmin devrilməsindən sonra Cənubi Qafqazda mürəkkəb geosiyasi vəziyyət yaranmışdı: "Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə Tiflisdə elan olunmuşdu. Bu dövrdə Azərbaycanda vəziyyət qarışıq idi. AXC-nin vəzifəsi tez bir zamanda Bakını erməni-bolşevik işğalından azad etmək idi".

"AXC Bakını azad etdikdən sonra Azərbaycan ordusu bütün ölkə ərazisində vəziyyətə nəzarət etməyə başladı. Ordumuzun mövcud olması bolşevikləri Azərbaycana soxulmaqdan çəkindirirdi. 1920-ci ildə Dağlıq Qarabağda baş verən qiyamlar Bakını müdafiəsiz qoydu və bolşevik ordusu Bakını tutdu. O dövrdə Azərbaycan ordusunun mövcud olması ciddi faktor idi" — R.Hüseynov vurğulayıb.

38
Teqlər:
Rizvan Hüseynov, bolşevik, Bakı, AXC, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan ordusu
Əlaqədar
Müdafiə Nazirliyi: Ordumuzun fəaliyyəti düşməndə xof və təşviş yaradır
Azərbaycan Ordusu Günnüt kəndini işğaldan belə azad etdi - VİDEO
Müdafiə naziri Zakir Həsənov orduya tapşırıq verdi: "Hər an..."
Ordumuz həyacan siqnalı ilə qaldırılaraq döyüş vəziyyətinə gətirilib - VİDEO