Azərbaycanın Baş naziri Novruz Məmmədov

Azərbaycanın baş naziri: "Beynəlxalq münasibətlərdə ədalət anlayışı qalmayıb"

122
(Yenilənib 11:58 22.06.2018)
Novruz Məmmədov: "Azərbaycana qarşı bəzən kiçik bir hadisə ilə bağlı Qərb mətbuatında aylarla yazılar dərc olunur"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 22 iyun — Sputnik. "Ramsfeld Fondu bu gün böyük əhəmiyyətə malik qurumlardan biridir. Bu fond indiki dünyada beynəxalq münasibətlərə, dövlətlərarası münasibətlərə təsir edə biləcək liderlər yetişdirməyə qadirdir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın baş naziri Novruz Məmmədov Bakıda keçirilən CAMCA (Central Asia-Mongolia-Caucasus-Afghanistan) Regional Forumunda çıxışı zamanı bildirib. O deyib ki, Azərbaycan dünyanən ən mürəkkəb və ən mühüm rehionlarından birində yerləşir.

"Azərbaycan Şimalla Cənubun, Şərqlə Qərbin, İslamla xrisitanlığın qovuşduğu regionda yerləşir və bu qovşaq özü regionumuzun nə qədər mürəkkəb olduğunu göstərir. Azərbaycan, eyni zamanda, insan resursları və təbii sərvətləri ilə də zəngin olan ölkədir" — baş nazir bildirib.

Onun sözlərinə görə, Azərbaycan müstəqilliyin ilk illərində bir seçim edib: "Qərb və Avropa ilə sıx əməkdaşlıq etmək seçimi. Azərbaycan bu istiqamətdə çox böyük işlər, layihələr həyata keçirir. Məsələn, İpək Yolunun bərpası üçün 20 ildən çoxdur müxtəlif ölkələrlə əməkdaşlıq edir".

N.Məmmədov əlavə edib ki, Azərbaycan həm də Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşdırılması üçün səylər göstərir: "Biz həm ölkədaxili, həm də regionda təhlükəsizliyin təmin olunması istiqamətində işlər görürük. Azərbaycan, həmçinin dinlərarası anlaşma üçün böyük addımlar atıb".

Bununla belə, Novruz Məmmədov Azərbaycana qarşı münasibətdə ədaləti görmədiyini bildirib: "Azərbaycana qarşı bəzən kiçik bir hadisə ilə bağlı Qərb mətbuatında aylarla yazılar dərc olunur. Amma qaçqın və məcburi köçkün probemi ilə bağlı bu 25 il ərzində Avropa mətbuatında bir fundamental yazıya rast gəlmək mümkün deyil".

"Dağlıq Qarabağ münaqişəsinin həllinə dair BMT Təhlükəsizlik Şurasıın 4 qətnaməsinin olmasına baxmayaraq bu istiqamətdə əməli bir addım belə, atılmayıb. Ədalət anlayışı beynəlxalq münasibətlərdə demək olar ki, qalmayıb. Böyük dövlətlərin liderlərinin yazdıqları məqalələrə baxın. Orada demək olar ki, "beynəlxalq hüquq" sözünə rast gəlinmir".

122
Teqlər:
din, mətbuat, qərb, şərq, cənub, şimal, region, Central Asia-Mongolia-Caucasus-Afghanistan, CAMCA Regional Forumu, Bakı, Novruz Məmmədov, baş nazir, Azərbaycan, dövlət, beynəxalq münasibətlər, Ramsfeld Fondu
Əlaqədar
Bakıda beynəlxalq konfrans və sərgi olub
Azərbaycanı real iqtisadi artım gözləyir: Nüfuzlu beynəlxalq qurumdan proqnoz
Azərbaycan beynəlxalq KİV nümayəndələrinin Qarabağa getmələrinə icazə verib
Azərbaycanlıların soyqırımı ilə bağlı beynəlxalq elmi konfrans keçirilib
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva, arxiv şəkli

Mehriban Əliyeva Ermənistanın müharibə cinayətlərinə üsyan etdi

48
(Yenilənib 23:55 27.10.2020)
"Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?"

BAKI, 27 oktyabr - Sputnik. "Bu gün Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar. “Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində dörd mülki şəxs, o cümlədən yeddi yaşlı qız həlak olub. Dördü uşaq olmaqla on dörd nəfər ciddi xəsarət alıb".

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədəki heabında yazıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)

"Silahlı münaqişələr zamanı mülki şəxslərin qətlə yetirilməsi 1949-cu il Cenevrə Konvensiyalarının və bütövlükdə beynəlxalq humanitar hüquq normalarının ən kobud şəkildə pozulması deməkdir.
Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?
Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzulayıram.
Biz öz torpağımızı təcavüzkarlardan azad edəcəyik və bu cinayətlərə son qoyacağıq.
Uca Tanrı Vətənimizi qorusun!" - paylaşımda deyilir.

48
Teqlər:
Atəşkəsin pozulması, ölənlər və yaralılar, dinc sakinlər, raket zərbələri, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Beynəlxalq təşkilatların ciddi ölçü götürməməsi Ermənistanı azğınlaşdırır - Ombudsman
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır - FOTO
XİN: Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil
Hikmət Hacıyev: "Bərdəyə "Smerç"dən kasetli bomba atılıb"
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı
 Əldə manat, arxiv şəkli

Nazirlik gecikdirilən pulları məcburən ödətdirdi

20
Ödənilən vəsaitin 172,8 min manatı əmək haqları, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, eləcə də zərərə görə ödənclər olub

BAKI, 27 oktyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən yanvar-sentyabr aylarında vətəndaş müracətlərinin araşdırılması zamanı işəgötürənlər tərəfindən 180 min manata yaxın məbləğdə sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən olunub. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.

Ödənilən vəsaitin 172,8 min manatı əmək haqları, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, eləcə də zərərə görə ödənclər olub.

Həmçinin əmək müqavilələrinə qanunvericiliyin tələblərinə zidd olaraq, habelə ciddi səbəblər olmadan xitam verilməsi halları ilə əlaqədar müvafiq işəgötürənlərlə sosial dialoq qurulub. Onlarla müvafiq izahat işləri aparılıb, həmçinin sosial məsuliyyət prinsiplərinin yüksək tutulması, məşğulluq məsələlərinə həssaslıqla yanaşılması tövsiyə olunub. Bu sahədə görülən tədbirlər nəticəsində Dövlət Əmək Müfəttişliyi Xidməti cari ildə əmək müqaviləsinə xitam verilmiş 700-dən çox işçinin yenidən işinə bərpasını da təmin edib.

20