"Əsgərə məktub" yazmaq istəyirsiniz?

© Photo : STRN saylı hərbi hissənin əsgərləri. Arxiv şəkli
N saylı hərbi hissənin əsgərləri. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərpoçt"-dan MMC "Əsgərə məktub" aksiyasını keçirir

BAKI, 21 iyun — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" MMC Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunmuş "Əsgərə məktub" adlı aksiya keçirir. Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, aksiyanın məqsədi Azərbaycan vətəndaşının öz əsgərinə, ordusuna ehtiram və diqqətinin "Azərpoçt" MMC vasitəsi ilə çatdırılması və insanlarda məktub yazmaq vərdişini təşviq etməkdir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan
Əsgərlərimizlə bağlı böyük təxribatın üstü açıldı

"Sözləriniz ağ kağız üzərində əbədi həyat qazansın!" şüarı ilə təşkil olunan aksiyanın birinci mərhələsi 23-24 iyun tarixlərində, saat 12:00-dan 21:00-a qədər "Park Bulvar" ticarət mərkəzində baş tutacaq. Belə ki, qeyd olunan tarixlərdə "Park Bulvar"da "Azərpoçt" MMC-nin xüsusi guşəsi fəaliyyət göstərəcək.

Tədbir iştirakçıları sözügedən guşədə Azərbaycan əsgərinə məktub yazmaq imkanı əldə etməklə yanaşı, əsgərlərə bağlama da yollaya biləcəklər. Aksiyanın ikinci mərhələsinin isə 25 iyun tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində əsgərləri ziyarət etməklə həyata keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti
0