Əhali təşviş içindədir: bu bölgədə son illərin ən dəhşətli təbiət hadisəsi baş verib

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidМолния, фото из архива
Молния, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Şiddətli yağış və külək Azərbaycanın bu bölgəsini iflic edib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 16 itun — Sputnik. Bu gün axşam saatlarında Beyləqan rayonuna yağan yağış və sürətli külək fəsadlara yol açıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, birdən-birə əsməyə başlayan külək rayonda dam örtüklərini uçurub, ağacları qırıb, rayonun bəzi küçələrində avtomobil yollarında gediş-gəlişdə problemlər yaradıb. Eyni zamanda külək elektrik dirəklərini sıradan çıxarıb, rayonda enerji verilişində fasilə yaranıb.

Belə hava şəraitinə öyrəşməmiş rayon camaatı böyük təşviş içindədir. Yerli sakinlərin sözlərinə görə, bunu son illərdə bölgədə görünən ən dəhşətli təbiət hadisəsi hesab etmək olar.

Ən böyük ziyan isə kənd təsərrüfatına dəyib. Belə ki,sahələrdəki taxıl yerə yatıb, ot biçilmiş hektarlarla ərazi su altında qalıb.

Bölgədə pambıq sahələri üçün də təhlükəli vəziyyət yaranıb. Hazırda küləkli və leysanla müşayiət edilən yağmurlu hava şəraiti davam edir.

Xəbər lenti
0