Qədr gecəsi Bibiheybət məscidində qadınlar "saçyoldu"ya çıxdı

© Sputnik / Sevda BabayevaBibiheybət məscidi
Bibiheybət məscidi - Sputnik Azərbaycan
Abunə olmaq
Qədr gecəsi (iyunun 6-dan 7-nı keçən gecə) Bakıdakı Bibiheybət məscidində mömin qadınlar arasında dava olub

BAKI, 9 iyun — Sputnik. Qədr gecəsi (iyunun 6-dan 7-nı keçən gecə) Bakıdakı Bibiheybət məscidində mömin qadınlar arasında dava olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə hadisənin canlı şahidi olan müğənni Sevda Əliqızı özünün Instagram səhifəsində məlumat verib. Qədr gecəsini məsciddə keçirməyə qərar verən müğənni qadınların dalaşmasını öz mobil telefonunun kamerası ilə çəkərək paylaşıb.

"Heç istəməzdim belə bir şeyi paylaşım. Amma məcbur oldum. Qadınların əxlaqına baxın. Qədr gecəsində Allahdan etdikləri günahların bağışlanmasını istəyərkən, yenidən günaha batırlar. Ar olsun" — deyə müğənni yazıb.

Onun paylaşdığı kadrlardan da görünür ki, iki qadın bir-birini itələyərək münaqişəni fiziki müstəviyə keçirməyə çalışır. Lakin məsciddəki qadınlar qışqıraraq onların hərəkətinə etiraz bildirir və dalaşmağa çalışan qadınları sakitləşdirməyə müvəffəq olur. Bu arada məscidin mühafizə xidmətini də köməyə çağırırlar.

Xəbər lenti
0