Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri

Azərbaycan ordusu daha bir kəndi işğaldan azad etdi - RƏSMİ

6086
(Yenilənib 21:27 08.06.2018)
Naxçıvanda 11 min hektardan artıq ərazi və Şərurun Günnüt kəndi düşməndən azad edilib

BAKI, 8 iyun — Sputnik. 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçib.

Bu barədə Nuhçıxan informasiya agentliyinə Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən məlumat verilib.

Artıq 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına qayıdıb, yaxınlarının məzarlarını ziyarət ediblər. Günnüt məzarlığında 26 il sonra Quran oxunub.

Ötən əsrin 90-cı illərində Şərur rayonunun Sədərək, Günnüt, Havuş və Şahbulaq kəndləri aramsız düşmən hücumlarına məruz qalırdı. Həmin vaxt işğal edilən Şərur rayonunun Günnüt kəndində yaşayış binaları, o cümlədən bir çox sosial obyektlər dağıdılıb, qaynar həyatın hökm sürdüyü qədim yaşayış yerimiz erməni vandalları tərəfindən xarabalığa çevrilib. Kəndin yaşayış evləri ilə birlikdə məktəbi, tibb məntəqəsi, kitabxanası, eləcə də qəbiristanlığı və məscidi dağıdılıb, kənd camaatı rayonun digər yaşayış məntəqələrinə, əksəriyyəti isə Mahmudkəndə köçməyə məcbur qalıb. 

UNEC-in Zaqatala filialının müəllim-tələbə heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib
© Photo : UNEC-in mətbuat xidməti

Erməni mediası və saytlarının məlumatları, eləcə də, “razm.info armenia” portalının videoreportajında da qeyd edildiyi kimi, mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib. Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi, daha sonra isə “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilərək nəzarət altına keçib. Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu ərazinin isə 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsidir. Ərazinin etibarlı müdafiəsi və təminat məqsədi ilə 50 km yeni yol çəkilib, 50 km-dən artıq yararsız yollar isə bərpa edilib. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının Taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub. 

Elə bu günlərdə həmin kənddən reportaj yayımlayan Erməni mediası və saytlarının məlumatları, eləcə də, “razm.info armenia” portalının videoreportajı da deyilənləri təsdiq edir. Həmin videoreportajda Azərbaycan ordusunun irəliləməsindən və kəndin yaxınlığındakı postlarda mövqe tutmasından ciddi narahat olan kənd əhalisi Ermənistan Müdafiə nazirliyinin onları aldatdığını və ordunun əraziləri qorumaq iqtidarında olmadığını qeyd edirlər.

26 illik həsrətdən sonra dünən günnütlülər maşın karvanı ilə doğma torpağa qayıdıb, əzizlərinin məzarını ziyarət ediblər. Öz ata-baba yurdlarına, doğma ocaqlarına qayıdan Günnüt kəndinin sakinləri əcdadlarının uyuduğu qəbiristanlıqda dünyasını dəyişmiş günnütlülərin və şəhidlərimizin ruhlarına dualar edib, məzarların üstünə gül düzüblər.

Günnüt camaatı qüdrətli ordumuzun onlara bəxş etdiyi sevinc və xoşbəxtliyə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. 

6086
Əlaqədar
Müsəlmanların ilk qibləsinin işğal edildiyi gün
Azərbaycanın işğal altında olan ərazisində nə baş verir: İkinci "Paşinyan inqilabi?"
Təhsil naziri Emin Əmrullayev

Təhsil naziri narazı müəllimlərə cavab verdi

5
(Yenilənib 19:08 04.08.2021)
Emin Əmrullayev deyib ki, 30 baldan aşağı bal toplayan müəllimlər müəllim kimi işə qəbul olunmur. Müəllim əgər 30 baldan yuxarı toplayıbsa o, prinsipcə müəllim işləyə bilər.

BAKI, 4 avqust — Sputnik. Təhsil naziri Emin Əmrullayev özünün sosial şəbəkə hesabında Müəllimlərin İşə Qəbul İmtahanın ədalətsiz keçirilməsi ilə bağlı ittihamlara cavab verib. Sputnik Azərbaycan-ın məlumatına görə, nazir bildirib ki, namizədlər riyaziyyat və ingilis dili ixtisasları üzrə MİQ imtahanlarının çətinliyindən şikayətlənməkdə müəyyən qədər haqlıdırlar.

"Suallar çətin olub, amma imtahanlar ədalətsiz olmayıb. MİQ imtahanlarında ibtidai sinif üzrə 3 920 müəllim 41-60 bal aralığında nəticə göstərib. Ümumilikdə 402 nəfər 56-60 bal yığdığından onlar arasında rəqabət yaranacaq. Riyaziyyat fənni üzrə isə 3 nəfər 56-60 bal yığıb, amma ingilis dili fənni üzrə heç bir namizəd bu nəticəni göstərə bilməyib. Bu o demək deyil ki, həmin fənn müəllimlərinin biliyi zəifdir. Bütün bunlar ilkin nəticələrdir. Riyzaiyyat fənni müəllimləri başa düşməlidirlər ki, suallar çətin olsa da, imtahanlar ədalətsiz təşkil olunmayıb", - deyə nazir bildirib.

E.Əmrullayev onu da bildirib ki, 30 baldan aşağı bal toplayan müəllimlər müəllim kimi işə qəbul olunmur.

"Müəllim əgər 30 baldan yuxarı toplayıbsa o, prinsipcə müəllim işləyə bilər", - deyə nazir vurğulayıb. 

Nazir imtahan vaxtının uzadılması ilə bağlı təkliflərin dəyərləndiriləcəyini, müddətin artırılmasının mümkün olduğunu söyləyib və məktəblərdə vakant yerlərin gizlədilməsindən də danışıb. Onun sözlərinə görə, əgər kimdəsə belə fakt varsa nazirliyə müraciət edə bilər.

"Bu barədə bəzən media da yazır. Amma məktəbin adını qeyd etmir. Əgər düşünürsünüzsə ki, hansısa məktəblərdə vakant yerlər gizlədilib, bu barədə bizə məlumat verin. Məktəblərin adını qeyd edin, araşdıraq", - deyə nazir söyləyib.

Eləcə də oxuyun:

5
Teqlər:
nazir, təhsil, müəllim, məktəb, imtahan
Milli Televiziya və Radio Şurası

MTRŞ müsabiqənin nəticələrini açıqlayıb, heç bir iddiaçıya lisenziya verilməyib

7
(Yenilənib 18:55 04.08.2021)
Şuranın iclasında aparılan müzakirələrdə müəyyən edilib ki, bəzi iddiaçıların təqdim etdiyi sənədlərdə göstərilmiş texniki və yaradıcılıq imkanları, o cümlədən, kadr potensialı barədə məlumatlar yerində baxış zamanı öz təsdiqini tapmır.

BAKI, 4 avqust - Sputnik. Bu gün Milli Televiziya və Radio Şurasının təhsil və elmi-maarifləndirici ümumrespublika televiziya kanalının açılması üçün elan etdiyi müsabiqəyə yekun vurulub.

Bu barədə MTRŞ-dan bildirilib.

Məlumata görə, Milli Televiziya və Radio Şurasının 2021-ci il iyunun 7-dən iyulun 7-dək ixtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının açılması ilə bağlı (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci TV yayım kanalı, HD yayım üçün 34-cü TV yayım kanalı) elan etdiyi müsabiqə üçün 6 iddiaçı (“APA Mark” MMC, “Təhsil TV” MMC, “Balans Studiyası” MMC, “İNS ÇM” MMC, “İsti Press” MMC və “Medical Media” MMC) sənədlərini təqdim edib.

Həmin sənədləri araşdırmaq, həmçinin, iddiaçıların məkanında baxış keçirərək sənədlər üzrə tədqim olumuş məlumatların həqiqətə uyğunluğunu yoxlamaq, habelə ümumilkə televiziya kanalının açılması üçün zəruri iqtisadi, texniki, yaradıcı və kadr potensialının mövcudluğunu öyrənmək məqsədilə Şura tərəfindən müsabiqə komissiyası təşkil olunub. Müsabiqə komissiyası həm sənədlərlə tanışlığın, həm də yerində baxışın nəticəsi ilə bağlı Şuraya hər bir iddiaçı barədə arayış təqdim edib.

Milli Televiziya və Radio Şurasının iclasında təqdim olunmuş arayışlar əsasında geniş müzakirələr aparılıb. Müəyyən edilib ki, bəzi iddiaçıların təqdim etdiyi sənədlərdə göstərilmiş texniki və yaradıcılıq imkanları, o cümlədən, kadr potensialı barədə məlumatlar yerində baxış zamanı öz təsdiqini tapmır, bəzi iddiaçılarda yayım üzrə təqdim olunmuş proqram konsepsiyası müsabiqə şərtlərinə (ixtisaslaşma sahəsinə) uyğun gəlmir, bəzi iddiaçılarda isə ümumilkə televziya yayımının təşkil olunması üçün texniki-iqtisadi göstəricilər qənaətbəxş deyil. Bununla da Şura heç bir iddiaçıda təhsil, elm və maarifləndirmə janrlı ümumölkə televiziya kanalının fəaliyyəti üçün müvafiq potensialın olmadığı qənaətinə gəlib.

Milli Televiziya və Radio Şurası qeyd olunanları nəzərə alaraq, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ nömrəli Qanununun 18.4.1-ci maddəsini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.6-cı bəndini rəhbər tutaraq müsabiqənin yekunlarına görə qalib seçilmədiyi üçün iddiaçılara xüsusi razılıq (lisenziya) verilməsindən imtina olunması barədə qərar qəbul edib.

Həmçinin oxuyun:

MTRŞ-yə yeni üzv təyin olundu - Onu "Qulp"dan tanıyırıq

MTRŞ-nın yeni cəzası effekt verir - Telekanallar artıq qanunları poza bilməyəcəklər

7