Laçın rayon Çıraqlı kənd orta məktəbində yaradılmış Amerika rəfinin açılış mərasimi

Səfirlik məcburi köçkün məktəbinə "Amerika rəfi" hədiyyə edib - FOTOLAR

163
(Yenilənib 22:50 08.06.2018)
ABŞ səfirliyi Bərdənin Güloğlular kəndindəki məcburi köçkünlər üçün 17-ci məktəbin inşasını dəstəkləyir

BAKI, 8 iyun — Sputnik. ABŞ səfirliyinin dəstəyi ilə Abşeron rayonunun Masazır kəndində yerləşən Laçın rayon Çıraqlı kənd orta məktəbində yaradılmış "Amerika rəfi"nin açılış mərasimi keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Vilyam Gil, Təhsil Nazirliyinin, rayon İcra Hakimiyyətinin nümayəndələri və digər qonaqlar iştirak edib.

Tədbirdə çıxış edən müvəqqəti işlər vəkili Uilyam Gil bu məktəbin uşaqların yaxşı təhsil almasına imkan yaratmaq məqsədilə tikildiyini vurğulayıb: "Məktəb ABŞ Müdafiə Nazirliyinin Humanitar Yardım Proqramının məcburi köçkünlər üçün ölkənin müxtəlif yerlərində inşa etdiyi 16 məktəbdən biridir. Bizim bu məktəblə əməkdaşlığımız açılış günündən indiyə qədər davam edir. Düşünürəm ki, bu gün məktəbə gətirdiyimiz Amerika ədəbiyyatı nümunələri şagirdlərdə maraq oyadacaq. Bu məktəb ABŞ-Azərbaycan arasındakı möhkəm əməkdaşlığın göstəricisidir. Biz Azərbaycan və azərbaycanlılarla uzunmüddətli əməkdaşlığa sadiqik. Azərbaycanlılar deyəndə Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən məcburi köçkünlər də bura daxildir".

  • Laçın rayon Çıraqlı kənd orta məktəbində yaradılmış Amerika rəfinin açılış mərasimi
    Laçın rayon Çıraqlı kənd orta məktəbində yaradılmış "Amerika rəfi"nin açılış mərasimi
    © Sputnik / Eldar Tanryverdiyev

1 / 7
© Sputnik / Eldar Tanryverdiyev
Laçın rayon Çıraqlı kənd orta məktəbində yaradılmış "Amerika rəfi"nin açılış mərasimi

Daha sonra çıxış edən məktəb direktoru İlham Çıraqov məktəb haqqında qısa məlumat verərək təhsil müəssisəsində 615 şagirdin təhsil aldığını, eləcə də 45 müəllim, 17 texniki işçi fəaliyyət göstərdiyini qeyd edib.

Qeyd edək k, eyni proqram çərçivəsində ABŞ səfirliyi Bərdənin Güloğlular kəndindəki məcburi köçkünlər üçün 17-nci məktəbin inşasını dəstəkləyir. 1991-ci ildən ABŞ Azərbaycana 1,3 milyard ABŞ dolları məbləğində dəstək verib. ABŞ Müdafiə Departamenti məcburi köçkün icmalarının həyat və yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönəlmiş, məktəb tikintisi və su layihələri də daxil olmaqla, 22 humanitar yardım layihəsini maliyyələşdirmək üçün 5,5 milyon ABŞ dollarından çox vəsait ayırıb. 1991-ci ildən etibarən Amerika Birləşmiş Ştatları məcburi köçkünlərə yardım üçün 125 milyon ABŞ dollarından artıq maliyyə ayırıb.

163
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

22
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

22
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop

Azərbaycan Türkiyə spikerləri: "Bu iki qardaş xalq həmişə bir-birinin yanında olacaq"

8
(Yenilənib 23:27 29.10.2020)
Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını və Azərbaycan torpaqlarının tezliklə tamamilə düşmən tapdağından azad olunacağı günü səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb.

BAKI, 29 oktyabr — Sputnik. Oktyabrın 29-da Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopla telefonla danışıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Milli Məclisin Sədri türkiyəli həmkarına 29 oktyabr - Cümhuriyyət Günü münasibətilə təbriklərini çatdırıb, qardaş türk xalqına tərəqqi və firavanlıq arzulayıb.

Milli Məclisin Sədri qardaş Türkiyə Respublikasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizə göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını bildirib, iki qardaş xalqın həmişə bir-birinin yanında olacağına əminliyini ifadə edib.

Sahibə Qafarova Ermənistanın son dövrlər döyüş meydanında məruz qaldığı uğursuzluqlarla barışmayaraq mülki əhalini hədəfə aldığını və bunun insanlıq əleyhinə yönələn müharibə cinayəti olduğunu ifadə edib.

Sahibə Qafarova telefon söhbətinin sonunda bildirib ki, bütün Azərbaycan xalqı öz dövlətinin və Prezidentinin yanındadır. "Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bərqərar olmuş güclü idarəçilik sistemi, iqtidarla xalq arasında mövcud olan sarsılmaz birlik Dağlıq Qarabağ məsələsinin tamamilə həllini təmin edəcək".

Təbriklər və xoş sözlər üçün təşəkkürünü bildirən Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını və Azərbaycan torpaqlarının tezliklə tamamilə düşmən tapdağından azad olunacağı günü səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb.

8