İş adamı

Ali təhsilli işsizlərin nəzərinə: İş var

515
(Yenilənib 23:43 29.05.2018)
Fənlər üzrə yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislərin işə qəbulu elan olunub

BAKI, 29 may — Sputnik. Dövlət İmtahan Mərkəzi Fənlər üzrə yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislərin işə qəbulu elan edib.

Mərkəzdən Sputnik Azərbaycan-a verilən məlumata görə, işə götürülənlərin vəzifəsi, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.

Fənlər üzrə yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislərin funksiyaları:

test tapşırıqlarının, qiymətləndirmə meyarlarının və digər yoxlama-ölçmə materiallarının tərtibi, tərtibinin təşkili;

test tapşırıqlarının, qiymətləndirmə meyarlarının və digər yoxlama-ölçmə materiallarının ekspertizası, ekspertizasının təşkili; 

İmtahan prosesi
© AFP 2020 / FREDERICK FLORIN

yazı işi tapşırıqlarının qiymətləndirmə meyarları əsasında qiymətləndirilməsi, qiymətləndirilməsinin təşkili.

İxtisas tələbləri və digər şərtlər:

Aşağıdakı ixtisaslardan biri üzrə ən azı bakalavr təhsilinə malik olmalıdır:

— Azərbaycan dili;

— rus dili;

— riyaziyyat;

— fizika;

— tarix;

— kimya;

— biologiya;

— coğrafiya;

— informatika;

— xarici dil (ingilis, rus, alman, fransız).

Azərbaycan dilini mükəmməl bilməlidir; 

Yeni təhsil proqramları (kurikulumlar) üzrə məlumatlı olmalıdır;

Microsoft Office proqramlarında yüksək səviyyədə işləməyi bacarmalı, riyaziyyat, fizika, tarix, kimya, biologiya, coğrafiya, informatika ixtisaslı mütəxəssislər rus dilini yaxşı bilməlidir;

Müvafiq sahədə iş təcrübəsi olan şəxslərə və ixtisası üzrə rus dilinə tərcümə etməyi bacaranlara üstünlük verilir. İşə götürülənlərin vəzifəsi, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.

Maraqlanan şəxslərdən CV formasını buradan yükləyib tam şəkildə dolduraraq 2018-ci il iyun ayının 30-dək o.ismayilov@dim.gov.az elektron poçt ünvanına mövzu hissəsində "İşə qəbul" yazaraq göndərmələri xahiş olunur.

515
Teqlər:
Microsoft Office, imtahan, Dövlət İmtahan Mərkəzi
Əlaqədar
İşsizlər bu xəbəri mütləq oxusunlar
Ekspert: "Robotlara görə insanların işsiz qalma problemi yoxdur"
"Qara Volqa"nın rejissoru: "Neçə ildir işsizəm"
COVİD-19 xəstəsi, arxiv şəkli

Qubada yaşadıqları evi qanunsuz olaraq tərk edən koronavirus xəstələri aşkarlandı

0
(Yenilənib 13:30 27.11.2020)
Hər iki şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

BAKI, 27 noyabr — Sputnik. Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlayıblar.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, araşdırmalarla həmin şəxsin rayonun Amsar kənd sakini Süleyman Mütəllimov olduğu müəyyən edilib.

Onun koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də, ancaq S.Mütəllimov qaydaları pozaraq Qusar rayonuna getmək istəyib.

Dərhal həmin əraziyə həkim briqadası dəvət edilib və təcili tibbi yardım avtomobili ilə S.Mütəllimov yaşadığı ünvana geri qaytarılıb.

Gün ərzində şöbə əməkdaşları karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən daha iki şəxsi də aşkarlayıblar. COVID-19 infeksiyasına yoluxduğunu bilərək özünütəcrid qaydalarına riayət etməyən Şabran rayon sakini İlyas İsaqov və Bakı şəhər sakini Gülnaz Bağırova Quba rayonuna daxil olmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıblar.

Hər iki şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

Qeyd edilən faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

0
YPX avtomobili, arxiv şəkli

DYP sürücülərə xəbərdarlıq etdi

5
Baş DYP İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, təyinatından və istehsal ilindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş müddətdə teniki baxışdan keçirilməmiş avtomobillərin idarə edilməsi xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır.

BAKI, 27 noyabr — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi texniki baxışla bağlı sürücülərə müraciət edib. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına istinadla xəbər verir ki, texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış şəxslər istifadələrində olan nəqliyyat vasitələrini texniki baxışdan keçirmək üçün Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsi ilə yanaşı paytaxtın Qaradağ rayonunun Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun 2-ci kilometrliyində yerləşən (Sədərək Ticatət Mərkəzinin yanı) yeni istifadəyə verilmiş və müаsir аvadаnlıq və ölçü cihаzlаrı ilə təchiz edilmiş Müayinə Mərkəzində, respublikanın digər şəhər və rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu Baş DYP İdarəsinin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər.

Nəqliyyat vasitəsinin texniki sazlığının yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsirini nəzərə alaraq, DİN Baş DYP İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, təyinatından və istehsal ilindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş müddətdə teniki baxışdan keçirilməmiş avtomobillərin idarə edilməsi xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır və bu xətaya yol vermiş şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci ilə inzibati məsuliyyət daşıyırlar.

5
Teqlər:
Daxili İşlər Nazirliyi, Abşeron rayonu, Sumqayıt, DYP