Tereza Mey neft-qaz gəlirlərinin Azərbaycana təsiri barədə danışdı

© REUTERS / Peter NichollsПремьер-министр Великобритании Тереза Мэй, фото из архива
Премьер-министр Великобритании Тереза Мэй, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Cənub Qaz Dəhlizinin digər elementlərinin də uğurla istifadəyə veriləcəyinə inanıram"

BAKI, 29 may — Sputnik. "TANAP tarixi layihədir, əməkdaşlığımız bu layihənin tamamlanmasında böyük rol oynayıb".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasiminə göndərdiyi təbrikdə bildirilib.

Türkiyə prezidenti bu gün TANAP-a ilk qazın vurulmasına başlandığını qeyd edib: "İyunun 12-də Əskişəhərdə TANAP-ın istifadəyə verilməsi ilə bağlı tədbir keçiriləcək. Cənub Qaz Dəhlizinin digər elementlərinin də uğurla istifadəyə veriləcəyinə inanıram"

Mərasim zamanı Böyük Britaniya baş naziri Tereza Meyin də təbrik məktubu oxunub.

"Neft-qaz gəlirləri Azərbaycanı müasir ölkəyə çevirib. BP-nin bu məsələdə rolu ilə fəxr edirəm. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" tarixi dönüş oldu. Biz tərəfdaşlığımızı daha da genişləndirmək istəyirik. Bu baxımdan aprelin 26-da prezident İlham Əliyevi Londonda görməkdən, Hasilatın Pay Bölgüsü üzrə 6-cı sazişin imzalanmasına şad olduq. Neft-Qaz Sərgisinin iştirakçılarına da uğurlar arzulayıram" — Mey bildirib.

Xəbər lenti
0