Alpinistlər “Cümhuriyyətin 100 illik zirvəsi”ndə

Cümhuriyyətin 100 illiyinə “Cümhuriyyətin 100 illik zirvəsi”

57
(Yenilənib 11:15 28.05.2018)
Zirvədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş məlumat lövhəsi bərkidilib

BAKI, 28 may — Sputnik. Heydər Əliyev Fondunun təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə yeni zirvə fəth olunub.

Alpinistlər “Cümhuriyyətin 100 illik zirvəsi”ndə
© Photo : Heydər Əliyev Fondunun mətbuat xidməti
Alpinistlər “Cümhuriyyətin 100 illik zirvəsi”ndə

Fonddan Sputnik Azərbaycan-a verilən məlumata görə, Qusar rayonu ərazisində, Böyük Qafqaz sıra dağlarında dəniz səviyyəsindən 3740 metr hündürlükdə yerləşən zirvəyə “Cümhuriyyətin 100 illik zirvəsi” adı verilib.

Ekspedisiya peşəkar alpinistlər və layihədə iştirak edən qurumların nümayəndələrindən ibarət olub.

Zirvədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş məlumat lövhəsi bərkidilib.

Alpinistlər “Cümhuriyyətin 100 illik zirvəsi”nə doğru qalxırlar
© Photo : Heydər Əliyev Fondunun mətbuat xidməti
Alpinistlər “Cümhuriyyətin 100 illik zirvəsi”nə doğru qalxırlar

Layihə Prezident İlham Əliyevin 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında sərəncamına əsasən həyata keçirilən tədbirlər çərçivəsində reallaşıb.

57
Əlaqədar
Zirvəni fəth etmək istəyən daha iki alpinist həlak olub
Professional alpinist: "Dağçı zirvəyə qalxan deyil, sağ-salamat evinə qayıdandır"
Qlobusa toxunanlar "Qüds" zirvəsinə gəlmədi
Azərbaycan prezidenti Qüds zirvəsində
Zirvə görüşünün nəticəsi: Tehran bəyannaməsi

İsmayıllının qaranlıq günü: Orada işıqlar niyə sönür?

5
(Yenilənib 14:32 20.01.2021)
"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu: "Hələ ki, İsmayıllıdan başqa heç bir yerdə elektrik enerjisinin verilməsində problem yaranmayıb".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Ötən gündən etibarən yağan güclü qar İsmayıllı rayonunda elektrik enerjisinin verilişində problemlər yaradıb. Sputnik Azərbaycan-ın "Report"a istinadən məlumatına görə, yağan qar rayonda su, qaz və rabitə sahəsinə elə də ciddi problem yaratmasa da, elektrik verilişində kəsilmələr qeydə alınıb. Eyni zamanda, güclü qar yollarda müəyyən çətinliklərin yaranmasına səbəb olub. Rayondaxili, magistral və dağətəyi kənd yollarının qardan təmizlənilməsinə başlanılıb. Hazırda texnika və canlı qüvvə tərəfindən yollarda hərəkətin təhlükəsizliyini və fasiləsizliyini təmin etmək məqsədilə müvafiq işlər görülür.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkə üzrə elektrik enerjisinin verilməsində problem yalnız İsmayıllıda yaranıb. Bu isə mövcud hava şəraiti ilə bağlıdır:

"Hazırda rayon ərazisinə düşən qarın hündürlüyü 30-40 santimetrə çatıb. Bu səbəbdən də xətdə açılma baş verib. Amma artıq bu istiqamətdə işlər görülüb. Açılma olub, bərpa olunub. İsmayıllıda 20 dəqiqədən sonra elektrik enerjisinin verilməsi təmin olunacaq. Hələ ki, İsmayıllıdan başqa heç bir yerdə elektrik enerjisinin verilməsində problem yaranmayıb. Bizim qurumun əməkdaşları mövcud hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçiblər".

5
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, arxiv şəkli

"Şəhidlərin simvolu qərənfillər bu gün xarı bülbül ilə birlikdə açır" - Çavuşoğlu

5
(Yenilənib 14:02 20.01.2021)
Türkiyə XİN başçısı deyib ki, şəhidlərin simvolu qərənfillər bu gün azad Azərbaycan torpaqlarının simvolu olan xarı bülbül ilə birlikdə açır.

BAKI, 20 yanvar — Sputnik. "20 yanvar 1990-cı ildə Can Azərbaycanın istiqlalı uğrunda həyatlarını fəda edən qardaşlarımızı rəhmətlə anıram". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter" hesabında paylaşım edib.

"Şəhidlərin simvolu qərənfillər bu gün azad Azərbaycan torpaqlarının simvolu olan xarı bülbül ilə birlikdə açır. Üç rəngli bayrağınla məsud yaşa Can Azərbaycan!", - deyə Çavuşoğlu yazıb.

5
Teqlər:
20 Yanvar qətliamı, 20 Yanvar faciəsi, "20 yanvar", Şəhidlər Xiyabanı, şəhidlər, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici işlər naziri Mövlud Çavuşoğlu, Mövlud Çavuşoğlu
Qubada 20 yanvar faciəsinin 31-cü il dönümü ilə əlaqədar şəhidlərin məzarları ziyarət olunub

Qubada qar yağır, sakinlər isə şəhidlər xiyabanına axışır

0
(Yenilənib 14:34 20.01.2021)
Rayon ictimaiyyəti 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar həm 20 Yanvar şəhidlərinin, həm Birinci Qarabağ müharibəsi şəhidlərinin, həm də Vətən Müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.

 

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Bu gün bütün bölgələrdə olduğu kimi Qubada da şəhidlər böyük ehtiramla yad edilib. Güclü qar yağmasına baxmayaraq, şəhidlər xiyabanına böyük insan axını olub.

Ziyarət edənlər arasında Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, rayon rəsmiləri də iştirak edib. Rayon ictimaiyyəti 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar həm 20 Yanvar şəhidlərinin, həm Birinci Qarabağ müharibəsi şəhidlərinin, həm də Vətən Müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.

  • Qubada 20 yanvar faciəsinin 31-cü il dönümü ilə əlaqədar şəhidlərin məzarları ziyarət olunub
    © Sputnik / Leyla Abdullayeva
  • Qubada 20 yanvar faciəsinin 31-cü il dönümü ilə əlaqədar şəhidlərin məzarları ziyarət olunub
    © Sputnik / Leyla Abdullayeva
  • Qubada 20 yanvar faciəsinin 31-cü il dönümü ilə əlaqədar şəhidlərin məzarları ziyarət olunub
    © Sputnik / Leyla Abdullayeva
1 / 3
© Sputnik / Leyla Abdullayeva
Qubada 20 yanvar faciəsinin 31-cü il dönümü ilə əlaqədar şəhidlərin məzarları ziyarət olunub

Onu da qeyd edək ki, şəhidləri yad etmək üçün Qubanın kəndlərindən də vətəndaşlar Şəhidlər xiyabanına üz tutublar.

0