Los Ancelesdə ADR-in 100 illiyi təntənəli şəkildə qeyd olunub

ABŞ-da Azərbaycanla bağlı möhtəşəm tədbir keçirilib

29
(Yenilənib 13:20 25.05.2018)
Los Ancelesdə ADR-in 100 illiyi təntənəli şəkildə qeyd olunub

BAKI, 25 may — Sputnik. ABŞ-ın Los Anceles şəhərində Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr olunmuş geniş tədbir keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşkilatçılığı ilə mayın 23-də keçirilən tədbirdə 400-dən çox qonaq, o cümlədən Azərbaycan icmasının üzvləri, Kaliforniya ştat rəsmiləri, Dövlət Departamentinin nümayəndələri, müxtəlif xarici ölkələrin Los Ancelesdə akkreditə olunmuş baş və fəxri konsulları, seçkili orqanların üzvləri, tanınmış elm və mədəniyyət xadimləri, o cümlədən Hollivud aktyoru Çiç Marin (Cheech Marin), jurnalistlər, həmçinin dost yəhudi, türk, Pakistan, İran, Koreya, Vyetnam və latino icmalarının rəhbərləri iştirak ediblər.

Tədbir Azərbaycan və ABŞ-ın dövlət himnlərinin ifası ilə başlayıb. Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev qonaqları salamlayaraq, hər kəsi bu xüsusi və möhtəşəm yubiley mərasimində görməkdən çox məmnun olduğunu bildirib. O, 100 il əvvəl, 28 may 1918-ci il tarixində Azərbaycan xalqının tariximizin ilk respublikası olan Azərbaycan Demokratik Respublikasını (ADR) yaratdığını və bu respublikanın müsəlman dünyasında ilk dünyəvi və demokratik dövlət, eləcə də qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi kimi tarixə düşdüyünü qeyd edib.

  • Los Ancelesdə ADR-in 100 illiyi təntənəli şəkildə qeyd olunub
    Los Ancelesdə ADR-in 100 illiyi təntənəli şəkildə qeyd olunub
    © Photo : Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu
  • Los Ancelesdə ADR-in 100 illiyi təntənəli şəkildə qeyd olunub
    Los Ancelesdə ADR-in 100 illiyi təntənəli şəkildə qeyd olunub
    © Photo : Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu
  • Los Ancelesdə ADR-in 100 illiyi təntənəli şəkildə qeyd olunub
    Los Ancelesdə ADR-in 100 illiyi təntənəli şəkildə qeyd olunub
    © Photo : Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu
  • Los Ancelesdə ADR-in 100 illiyi təntənəli şəkildə qeyd olunub
    Los Ancelesdə ADR-in 100 illiyi təntənəli şəkildə qeyd olunub
    © Photo : Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu
  • Los Ancelesdə ADR-in 100 illiyi təntənəli şəkildə qeyd olunub
    Los Ancelesdə ADR-in 100 illiyi təntənəli şəkildə qeyd olunub
    © Photo : Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu
  • Los Ancelesdə ADR-in 100 illiyi təntənəli şəkildə qeyd olunub
    Los Ancelesdə ADR-in 100 illiyi təntənəli şəkildə qeyd olunub
    © Photo : Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu
  • Los Ancelesdə ADR-in 100 illiyi təntənəli şəkildə qeyd olunub
    Los Ancelesdə ADR-in 100 illiyi təntənəli şəkildə qeyd olunub
    © Photo : Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu
  • Los Ancelesdə ADR-in 100 illiyi təntənəli şəkildə qeyd olunub
    Los Ancelesdə ADR-in 100 illiyi təntənəli şəkildə qeyd olunub
    © Photo : Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu
  • Los Ancelesdə ADR-in 100 illiyi təntənəli şəkildə qeyd olunub
    Los Ancelesdə ADR-in 100 illiyi təntənəli şəkildə qeyd olunub
    © Photo : Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu
  • Los Ancelesdə ADR-in 100 illiyi təntənəli şəkildə qeyd olunub
    Los Ancelesdə ADR-in 100 illiyi təntənəli şəkildə qeyd olunub
    © Photo : Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu
1 / 10
© Photo : Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu
Los Ancelesdə ADR-in 100 illiyi təntənəli şəkildə qeyd olunub

Azərbaycanın müstəqillik tarixi haqqında ətraflı məlumat verən baş konsul bu gün prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında Azərbaycanın regionun ən güclü iqtisadiyyata malik dövlətinə çevrildiyini, qlobal önəmə malik enerji və nəqliyyat layihələri həyata keçirdiyini diqqətə çatdırıb. N.Ağayev Azərbaycanda uzun əsrlərdən bəri dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin sülh, qardaşlıq və əmin-amanlıq şəraitində birgə yaşadığını, insanların öz etiqadlarını, adət-ənənələrini sərbəst şəkildə həyata keçirdiklərini bildirib.

Azərbaycan və ABŞ arasında münasibətlərin ADR nümayəndə heyətinin Prezident Vudro Vilson ilə 1919-cu ildə Parisdə keçirdiyi görüşdən öz başlanğıcını götürdüyünü qeyd edən baş konsul bu gün bu əlaqələrin ortaq dəyərlərə əsaslanan strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.

Sonra çıxış edən Kaliforniya Ştat senatoru Coş Nyuman ADR-in 100 illiyinə həsr olunmuş bu əlamətdar yubiley mərasimində iştirakdan şərəf duyduğunu bildirərək, Azərbaycan xalqını və Kaliforniyadakı Azərbaycan icmasını bu gözəl gün münasibətilə təbrik edib. Azərbaycan-ABŞ dostluğunu və tərəfdaşlığını yüksək qiymətləndirdiyini qeyd edən senator Azərbaycanın regionda və dünyada mühüm rol oynadığını və iki dövlət arasındakı münasibətlərin qarşıdakı illərdə daha da güclənəcəyinə ümid etdiyini bildirib. Senator Nyuman ADR-in 100 illiyi ilə əlaqədar Kaliforniya Senatı adından müvafiq təbriknaməni baş konsul Nəsimi Ağayevə təqdim edib.

Sonra Nevada ştatının Las Veqas şəhərinin Protokol ofisinin rəhbəri Geyl Anderson və Kaliforniyanın Monterey Şəhər Şurasının sabiq üzvü Nensi Selfric çıxış edərək, bu tarixi yubiley münasibətilə Nevada ştatının qubernatoru Brayan Sandoval, Las Veqas şəhərinin meri Karolin Qudman və Monterey şəhərinin meri Klayd Roberson tərəfindən imzalanmış təbrik bəyannamələrini baş konsul N.Ağayevə təqdim ediblər.

Bundan başqa qeyd olunub ki, bu yubiley münasibətilə Kaliforniya ştatının qubernatoru Cerri Braun, Kaliforniyanın Qərbi Hollivud, Yorbal Linda və Salinas şəhərləri, Nyu Meksika ştatının Santa Fe və Albukerke şəhərləri və Los Anceles vilayətinin Nəzarətçilər Şurası tərəfindən imzalanmış müvafiq təbrik bəyannamələri də Baş Konsulluğa göndərilib.

Tədbir azərbaycanlı gənc vokalist Nail Qurbanovun ifasında Azərbaycan musiqisindən nümunələr və rəqs ustaları Namus Zöhrabov (AR əməkdar artisti), Olqa Zöhrabova və Ləman Musayevanın ifasında Azərbaycan rəqsləri ilə davam edib. Qonaqlar həmçinin Azərbaycan mətbəxinin ən müxtəlif ləziz təamları ilə tanış olublar. Bayram tədbiri iştirakçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

29
Teqlər:
Los Anceles şəhəri, ADR, Azərbaycan Demokratik Respublikası, ABŞ
Əlaqədar
Metyu Brayza: "ABŞ-İran qarşıdurması Azərbaycana xüsusi əhəmiyyət qazandıracaq"
ABŞ Konqresində Azərbaycanla bağlı mühüm bəyanat verilib
ABŞ-da diqqətlər Azərbaycana yönəldi
ABŞ-dan Azərbaycanla bağlı daha bir qərar
ABŞ-da Azərbaycanla bağlı ciddi bəyənnamə qəbul edildi
ABŞ-da Azərbaycanla bağlı möhtəşəm qərar

İntihar çıxış yolu deyil, amma təəssüflər olsun ki, belə qızlar...

26
(Yenilənib 13:55 24.02.2021)
"Qanunvericiliklə erkən nikah qadağandır və bu adla hansısa akt icra olunursa, tərəflər məsuliyyət daşıyırlar" - Fazil Mustafa.

Nigar İsgəndərova, Sputnik Azərbaycamn

BAKI, 24 fevral — Sputnik. Bu gün əksər Azərbaycan ailələrində qız uşaqlarının hüquqlarının tanınmaması, onlara qarşı məsuliyyətsiz yanaşma bir çox hallarda faciə ilə nəticələnir. Bu faciənin törənməsinin arxasında isə çox vaxt ailə böyükləri – “ağbirçəklər", "ağsaqqallar" və məsuliyyətsiz, savadsız valideynlər dayanır.

"Qız yükü, duz yükü" deyib, qızlarını erkən yaşda, yaxud da ağına-bozuna baxmadan ata ocağından didərgin salıb ərə verməklə onları necə çıxılmaz dərənin dibinə yuvarladıqlarının fərqində olmurlar.

Qanunvericilik erkən nikaha icazə vermir, bu kimi halların aşkarlanması məsuliyyət yaradır. Amma çox zaman valideylər hüquqi məsuliyyətdən yayınmaq üçün belə mərasimləri nişanlama, adqoyma adlandırırlar. 13-15 yaşda bir qız gələcəyi ilə bağlı nə seçim edə, nə kimi düzgün qərar verə bilər ki?! Bu yaşda qız ailənin, ana olmanın məsuliyyətinin nədən ibarət olduğunu necə anlaya bilər ki? Bunları dərk etməyən, seçim imkanı olmayan, beyinləri erkən yaşlardan dərsə getmək əvəzinə ərə getmək təbliğatı ilə doldurulan bu qızcığazların əvəzinə valideynlər tərəfindən verilən qərarlar isə onların həyatını məhv etməkdən başqa bir şey deyil.

Erkən nikahla yanaşı, erkən yaşlarda nişanlama və adqoymaya görə də məsuliyyət olmalıdırmı? Qanunvericilikdə belə bir bəndin yer alması necə, erkən nikah probleminin, valideynlərin məsuliyyətdən qaçmalarının qarşısını ala biləcəkmi?

"Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə Sputnik Azərbaycan-a açıqlamasında erkən nikahı dünənin və bu günün böyük bəlası adlandırıb. Onun sözlərinə görə, bəzən erkən nikahlara dərhal reaksiya verilsə də, bəzən valideynlər bu mərasimləri nişan, adqoyma adlandıraraq cəzasız qalırlar.

“Biz qızları erkən nikaha sövq etməklə nə qədər qızcığazın çiyninə böyük yük, içinə bir qadın, ana qoyuruq, artıq onun bətnini formalaşdırırıq”, - Ağazadə deyib.

Onun fikrincə, “nişan”, “adqoyma” tipli erkən evliliyi hədəf alaraq həyata keçirilən adətlərlə bağlı qanunvericiliyə müəyyən bəndlər əlavə edilməlidir. Orada belə halların hüquqi məsuliyyət yaratdığı konkret qeyd edilməlidir. Yaxud da elə inzibati cəzalar (məsələn, azı 3-4 min manatlıq cərimə) tətbiq edilməlidir ki, valideyn bunun maddi yükünü çiyinlərində hiss eləsin. 

Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin eksperti Aynur Veysəlova Sputnik Azərbaycan-a açıqlamasında bu istiqamətdə görülən işlərdən və sözügedən problemin yaranma səbəblərindən söz açıb. Onun fikruncə, bu problemə iki müstəvidən baxmaq lazımdır: hüquqi müstəvi və adət-ənənələr adlandırdığımız müstəvi.

“Hüquqi müstəvidə Azərbaycan hər zaman erkən nikahlara qarşı mübarizə aparan bir ölkə olub. 2011-ci ildə Azərbaycanda qadın və kişilər üçün ən aşağı nikah yaşı 18 müəyyənləşib. Erkən nikahla bağlı qanunvericilikdə məsuliyyət nəzərdə tutulub və zamanla bu istiqamətdə təkmilləşmə gedir. Lakin məsələyə "adət-ənənələr" müstəvisindən baxdıqda, valideynlərin təhsil vermədən qızlarını erkən yaşlarda nikaha sövq etməklə onları uçuruma yuvarladıqlarını görə bilərik. Valideynlər qız övladlarına yük kimi baxmamalıdırlar. Əslində qız övladları yük deyil, bir zinətdir", - Veysəlova deyib.

Ekspertin sözlərinə görə, valideynlər çalışır ki, qız övladları daha tez ailə həyatı qursunlar. Lakin bir şeyi düşünmürlər ki, təhsili, peşəsi, sənəti yoxdursa, bu qız uşağı bir şəxsiyyət olaraq inkişaf etməyibsə, həm fizioloji, həm də psixoloji olaraq ailə qurmağa hazır deyilsə, onlar övladlarını uçuruma yuvarlayırlar. Sonradan isə bu valideynlər, günahkar axtarırlar:

“Baxın, savadsız, peşəsi olmayan qadın öz gələcəyi ilə bağlı vacib qərarlar qəbul edə, dünyaya gətirdiyi övladına lazımi təhsili verə bilmir. Bir çox hallarda bu qadınların ailə həyatları da uğurlu olmur. Mütəxəssislər də bildirir ki, əksər hallarda erkən nikahlar uğursuz sonluqlarla nəticələnir və bu kimi ailələrdə çoxsaylı problemlər müşahidə edilir. Erkən ailə həyatı quran və şəxsiyyət kimi formalaşa bilməyən bu şəxslər dönüb geriyə baxdıqda, öz özünə sual verəcək ki, “həyatımda nail olduğum bu idimi, mən bunları istəmişdimmi”. Özünü sorğu-sual edərkən onun da içində digərləri kimi oxumaq, təhsil almaq arzusunun baş qaldırdığını görəcək".

Veysəlova bildirib ki, bu qadınlar əzildiklərindən, hüquqlarını bilmədiklərindən haqlarını tələb edə bilmir və bəzən intihara əl atırlar:

"Belə qadınlar arasında məişət zorakılığına məruz qalma, boşanma halları daha çox qeydə alınır. İntihar çıxış yolu deyil, amma təəssüflər olsun ki, belə qızlar ya ailə quranadək, ya da ki ailə qurduqdan sonra dözməyərək intihar edir. Çünki onların gözlədiyi həyat bu olmamışdı".

Veysəlovanın fikrincə, ailədə təmas, ünsiyyət elə olmalıdır ki, heç kəs heç kəsin əmlakı, şəxsi mülkiyyəti olmasın, kiminləsə bu cür rəftar edilməsin: "Övlada, qız uşaqlarına şəxsiyyət kimi yanaşmaq lazımdır. Valideyn elə şərait yaratmalıdır ki, övladı kənarda yox, ailəsində, valideynin timsalında dostunu tapsın. Səmimiyyət və dostluq münasibətləri bütün problemlərin həlli üçün ən mühüm vasitədir. Çünki məsafələr uzaqlaşdıqca, ailədaxili münasibətlərdə də problemlər yaranacaq".

Ekspert hesab edir ki, bu cür münasibətlərdən doğulan uşaqlar da bir sıra qüsurlarla dünyaya gəlirlər.

Erkən nikahların qarşısının alınması yolunun maariflənmədən başladığını bildirən mütəxəssis, valideynləri övladlarına şəxsiyyət kimi yanaşmağa, onun məsuliyyətini daşımağa, təhsillə təmin etməyə çağırıb:

“Qızlar daha tez ailə həyatı qurmalıdır” kimi stereotiplərdən kənara çıxmaq lazımdır.  Bu stereotiplərlə mübarizə çoxlu vaxt tələb edir. Biz qız övladlarına ailə və cəmiyyətdə dəyərin verilməsi məsələsini gündəmə gətirməli, bunu aktuallaşdırmalıyıq. Ailələrdə qızlara qarşı bu və digər formada müəyyən zorakılıq faktorlarının olması bəzi hallarda daha bədbəxt sonluqlarla yekunlaşır. Maarifləndirmə işləri aparılmalı və ictimai qınaq olmalıdır. Məsələn, 14-16 yaşlı qızın nişan mərasimindən xəbər tutan müəllim belə bu hadisənin qarşısını almalıdır. İnsanları elə istiqamətləndirməliyik ki, onlar özləri də boş fikirlərdən daşınsınlar. Körpə qızcığaz həyatdan nə görüb, nə anlayıb ki, ona adqoyma edir, nişanlayırlar?! Sadə həqiqətləri insanlara başa düşəcəyi dildə çatdırmaq lazımdır. İnanın bundan sonra onlar nəinki övladlarına, heç qohum-əqrəbadakı digər doğmalarına qarşı da belə bir addımın atılmasını qəbul etməyəcəklər".

Millət vəkili Fazil Mustafa isə hesab edir ki, burada söhbət həmin mərasimin adının nə qoyulmasından getmir: "Bunun erkən nikah olduğu sübuta yetirilirsə, valideynlər məsuliyyətə cəlb olunurlar. Niyyət erkən nikaha sövqetmədirsə, valideyn məsuliyyət daşımalıdır. Bunu sübut etmək isə heç də çətin deyil. Adını ad günü qoyub müxtəlif fırıldaqlarla hər şey etmək mümkündür. Amma qanunvericiliklə erkən nikah qadağandır və bu adla hansısa akt icra olunursa, tərəflər məsuliyyət daşıyırlar".

26

Ölkədəki faktiki hava - hər yerə qar yağır

9
(Yenilənib 19:34 24.02.2021)
Şimal-qərb küləyinin sürəti Bakıda 10-14 m/s, Abşeronda 18-23 m/s- dək mülayimləşib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.4 metrdir.

BAKI, 24 fevral - Sputnik. Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Xidmətdən bildirilib ki, fevralın 24-ü saat 18:00-a olan məlumatına əsasən, qarın intensivliyi səngiyib, lakin Ağstafa, Balakən, Oğuz, Qəbələ, Şamaxı, Qusar, Altıağac, Gəncə, Tovuz, Ağdam, Tərtər, Ceyrançöl, Neftçala, Astara, Bərdə, Beyləqan, Sarıbaş(Qax) , Kişçay(Şəki), Zərdab, Kürdəmir, İsmayıllı, Naftalan,  Zaqatala,  Quba, Mərəzə, Cəfərxan, Salyan, İmişli, Biləsuvar, Yardımlı, Lerik, Nabran, Ağsu, Mingəçevir, Xaçmaz, Şəmkirə qar yağmağa davam edir.

Şimal-qərb küləyinin sürəti Bakıda 10-14 m/s, Abşeronda 18-23 m/s- dək mülayimləşib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.4 metrdir.

9
Bumeranq zirehli transportyoru

"Armata"dan da sürətli: Rusiyada yeni təkərli tanklar hazırlanır

0
(Yenilənib 23:52 24.02.2021)
Bu maşınlar müdafiə baxımından tırtıllı tanklardan geri qalsalar da, sürət, manevr və qət etdiyi məsafəyə görə onları əhəmiyyətli dərəcədə üstələyir.

BAKI, 24 fevral — Sputnik, Andrey Kots. "Güclü, sürətli və yaxşı müdafiə olunan "Bumeranq" vahid zirehli platforması əsasında Rusiyanın ilk təkərli tankını yaratmağa hazırlaşırlar. Perspektivli şassinin xüsusiyyətləri üzərinə "Sprut"-SD özüyeriyən silahdakı kimi hamar gövdəli topla bir silah kompleksi quraşdırmağa imkan verir," - deyə Hərbi Sənaye Şirkətinin baş direktoru Aleksandr Krasovitski izah edir.

Təkərli tankların qoşunlarda hansı yeri tuta biləcəyi barədə RİA Novosti-nin növbəti materialında.

Suriyada işə yarayacaq

Krasovitskinin sözlərinə görə, "Bumeranq" vahid təkərli platformasının işlənib-hazırlanması başa çatmaq üzrədir – onun üzərində qurulan K-16 zirehli transportyorunun dövlət sınaqlarının ilin sonuna kimi yekunlaşdırılması planlaşdırılır. Mühəndislərin fikrincə, dizaynda elm və texnikanın ən müasir nailiyyətlərindən istifadə olunub. Əlavə planlara perspektivli BMP K-17, xüsusi təyinatlı texnika və digər vasitələrin sınağı da daxildir.

Hərbi Sənaye Şirkətinin baş direktoru bildirir ki, "Bumeranq" platforması əsasında sürətli təkərli tankın yaradılması sektor üçün problem təşkil etmir.

Sovet İttifaqında buna bənzər texnika işlənib-hazırlansa da, rus ordusunda təkərli tanklar yox idi. Təkərli tank - tam dönən bir qüllədə güclü silahla təchiz olunmuş zirehli maşınların qeyri-rəsmi adıdır. Bu maşınlar müdafiə baxımından tırtıllı tanklardan geri qalsa da, sürət, manevr və qət etdiyi məsafəyə görə onları əhəmiyyətli dərəcədə üstələyir.

"Təkərli tanklar onlar üçün uyğun zəminin olduğu ölkələrdə daha populyardır", - deyə hərbi ekspert Aleksey Leonkov RİA Novosti-yə bildirir.

"Məsələn, Afrikada. Ona görə də xüsusən CAR-da məhz təkərli tanklara üstünlük verirlər. Onların ən böyük üstünlükləri sürətində və təmirlərarası məsafənin uzunluğundadır. Əgər əsas döyüş tankları, belə demək mümkündürsə, on min kilometr məsafə qət edəndən sonra sınırsa, topla təchiz olunmuş zirehli tank yüz min kilometr yol gedə bilər", - deyə ekspert vurğulayır.

Mütəxəssisin fikrincə, Rusiya ordusu üçün bu cür tanklar dəmir yollarının ötürücülük qabiliyyətinin zəif olduğu Orta Asiya istiqamətində daha faydalı ola bilər: təkərli zirehli maşınları magistral yollara keçirmək çox asandır. Bundan başqa, belə texnika Suriyada göstərilən patrul xidmətində də əl verir. Hazırda orada hərbi polis "Tiqr" və BTR-82A zirehli maşınları ilə hərəkət edir.

Leonkov onu da qeyd etdi ki, perspektivli tank eynilə zirehli transportyor kimi su maneələrini aşmağa, həm gedə-gedə, həm də üzə-üzə atəş açmağa qadirdir. Güclü silahlanması sayəsində bu maşından həm reydlər zamanı, həm də ümumqoşun əməliyyatlarında - cinahlarda, kəşfiyyat, patrul xidmətlərində və döyüş zastavalarında istifadə edilə bilər.

İri kalibr

Təkərli texnikanın yollara daha az zərər verməsi də mühüm amillərdən biridir. Polad tank tırtıllarının ən möhkəm asfaltı belə dağıtdığı heç kimə sirr deyil. Bu səbəbdən, ağır zirehli maşınların xüsusi qoşqu-transportyorunda daşınmasını üstün tuturlar. Yükləmə və boşaltma isə çox vaxt aparır. Amma təkərli tank xüsusi hazırlıq tələb olunmadan yürüşdən birbaşa döyüşə qoşula bilər.

Xüsusi olaraq hava-desant qüvvələri üçün hazırlanmış "Sprut"-SD özüyeriyən silahında olduğu kimi perspektivli tankın da 125 mm-lik bir topa sahib döyüş bölməsi əsas silahı hesab olunur.

Avtomatik yükləyici və 40 mərmi ilə sabitləşdirilmiş 2A75 hamar gövdə T-72 və T-90 tanklarının 2A46M silahlarına bənzəyir.

Özüyeriyən tank müvafiq çapdakı hər cür sursatı, həmçinin tank əleyhinə idarə olunan raketləri atəşə tuta bilir. Döyüş bölməsinin köməkçi silahlanması 7,62 mm-lik bir PKT pulemyotu ilə birləşdirilib.

Tank və dronlar əleyhinə

Perspektivli təkərli platforma olan "Bumeranq" ilk dəfə 2015-ci ildə Qələbə bayramı münasibətilə təşkil edilmiş paradda nümayiş olundu. Bu bazadakı texnika BTR ailəsinə məxsus Sovet və Rusiya zirehli transportyorlarına nisbətən daha böyük və daha güclüdür.

Magistral yolda 750 at gücünə malik YaMZ-780 mühərriki maşını saatda 100 kilometrə qədər sürətləndirir. Mühərrik bölməsi ön hissədədir, bu isə desanta arxadan çıxıb-düşməyə imkan verir. "Bumeranq" maşınları keramik əsaslı çoxqatlı zirehə malikdir ki, bu da homogen müdafiədən daha etibarlıdır.

"Bumeranq" ailəsinin ən güclü maşını hələlik "Bumeranq"-BM uzaqdan idarə olunan universal döyüş modullu K-17 təkərli BMP-si sayılır. Silahlanması – tank əleyhinə selektiv hərbi sursat və döyüş ehtiyatı tutumu 500 mərmiyə qədər olan 30 mm-lik 2A42 avtomatik topudur. Tank əleyhinə iki idarə olunan "Kornet" raketi ilə də təchiz edilib.

Daha ciddi variant da var. K-17 üçün mümkün döyüş modullarından biri də dəqiqədə 120 atış dərəcəsi ilə 57 millimetrlik topa sahib "Baykal" AU-220M-dir.

Belə hesab olunur ki, onun mərmilərinin gücü Qərb məktəbinin bütün müasir BMP-ləri ilə mübarizə aparmaq üçün yetərlidir. Bundan başqa, 57 millimetrlik kalibr 12 kilometrə qədər məsafədə uçan ən kiçikölçülü pilotsuz uçuş aparatlarını belə məhv etməyə qadirdir.

0
Teqlər:
dron, zirehli döyüş maşını, zirehli maşınlar, zirehli texnika, tank, Rusiya