Las-Veqas şəhəri

Okeanın o tayından Azərbaycana böyük dəstək

104
(Yenilənib 12:28 23.05.2018)
Las Veqas meri AXC-nin 100 illiyi ilə bağlı bəyannamə imzalayıb

BAKI, 23 may — Sputnik. ABŞ-ın Nevada ştatının Las Veqas şəhərinin meri Karolin Qudman Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təbrik Bəyannaməsi imzalayıb. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Şəhər rəhbərliyindən Baş Konsulluğa ünvanlanmış Bəyannamədə Las Veqas şəhərinin meri Azərbaycan xalqını bu xüsusi yubiley münasibətilə təbrik edərək, xoş arzularını çatdırıb. Sənəddə Azərbaycan ilə ABŞ arasında dostluq və tərəfdaşlığın gücləndirilməsi və davamlı inkişafı xüsusi vurğulanır.

Qeyd edək ki, dünyanın əyləncə paytaxtı adlandırılan Las Veqas şəhəri ABŞ-ın ən çox ziyarət olunan turizm məkanlarından biridir. Əhalisinin sayına görə Nevada ştatının ən böyük şəhəri olan Las Veqas ştatın ən aparıcı mədəni, maliyyə və biznes mərkəzidir.

104
Teqlər:
Karolin Qudman, Las Veqas şəhəri, Nevada ştatı, Baş konsulluq, Azərbaycan Xalq Cümhuriyyəti, mer, ABŞ
Əlaqədar
Metyu Brayza: "ABŞ-İran qarşıdurması Azərbaycana xüsusi əhəmiyyət qazandıracaq"
ABŞ-da diqqətlər Azərbaycana yönəldi
ABŞ-dan Azərbaycanla bağlı daha bir qərar
ABŞ-da Azərbaycanla bağlı ciddi bəyənnamə qəbul edildi
ABŞ-da Azərbaycanla bağlı möhtəşəm qərar