SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Səməd Seyidov: "Azərbaycan öz haqq səsini qaldıranda sanksiyaya əl atırlar"

© Sputnik / Murad OrujovAzərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov - Sputnik Azərbaycan
Abunə olmaq
Səməd Seyidov: "Biz düz yoldayıq"

BAKI, 18 may — Sputnik. “Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qərarı ədalətsizdir, Azərbaycana təzyiqdir”.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov barəsində AŞPA-da sanksiya tətbiq edilməsi məsələsinə münasibət bildirərkən deyib.

O, bildirib ki, AŞPA-da yüksək vəzifədə təmsil olunan insanlar qanun-qaydanı pozduğu halda heç bir sanksiyaya məruz qalmırlar: “Ermənistan nümayəndə heyəti sanksiyaya məruz qalmayıb. Bu da ikili standartların olduğunu göstərir. Azərbaycan öz haqq səsini qaldıranda sanksiyaya əl atırlar. Biz düz yoldayıq. Bu, mənim üçün qüsur yox, şərəfdir, çünki Azərbaycanın maraqlarını qoruyuram”.

Xəbər lenti
0