Sürücülərin nəzərinə: Bu yol bağlı olacaq

© Sputnik / Irade JELILBağlanmış yol, arxiv şəkli
Bağlanmış yol, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur

BAKI, 16 may — Sputnik. Təbriz küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyi birgə məlumat yayıb.

Məlumata görə, aparılan təmir işləri ilə əlaqədar olaraq, may ayının 16-dan 17-nə keçən gecədən etibarən Təbriz küçəsinin Tələt Şıxəliyev və Əbdüləzəl Dəmirçizadə küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq. Hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Xəbər lenti
0