Müqavilə imzalayan adam, arxiv şəkli

Yeni nazirdən yeni təyinat

235
(Yenilənib 19:57 14.05.2018)
Ələddin Eyvazov nazirin müvafiq əmri ilə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru təyin olunub

BAKI, 14 may — Sputnik. Kənd Təsərrüfatl naziri İnam Kərimov Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna (TETİ) gələrək İnstitutun yeni inzibati binasına və laboratoriyalarına, İsrailin "Breedit" şirkətinin layihəsi əsasında TETİ-də 6.14 ha ərazidə qurulan müasir istixana və 30 ha açıq sahə şəraitində beynəlxalq tələblərə uyğun olaraq tikilməkdə olan tərəvəz toxum istehsalı ərazilərinə baxış keçirib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun alim və mütəxəssisləri ilə görüşən nazir onlara öz tapşırıq və tövsiyyələrini verib. O bildirib ki, institutlarımızın tədqiqatları ölkəmizin iqtisadi qüdrətinin güclənməsinə xidmət etməlidir.

İnstitutun direktoru Ələddin Eyvazov nazirin müvafiq əmri ilə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru təyin olunub.

235