Azerbaijan Fashion Week yarışının altıncı mövsümü

Bakılılar "Azerbaijan Fashion Week"də qeyri-adi nümayişin şahidi olacaqlar

41
(Yenilənib 10:29 14.05.2018)
Moda həftəsi ərzində "Azerbaijan Fashion Week" Azərbaycan qadınlarının gözəllik və dəb tarixinə dalmağa imkan yaradacaq

BAKI, 11 may — Sputnik. 2018-ci il mayın 17-dən 19-dək Bakıda "Fairmont Baku Flame Towers" otelinin dəstəyi ilə  rəsmi moda həftəsinin 7-ci mövsümü keçiriləcək. İlk parlament respublikası — Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq Azerbaijan Fashion Week bir sıra dəb nümayişləri təşkil edəcək.

7-ci mövsümün qonaqları Fəxriyyə Xələfova, Diana Əhədpur Kəngərli, həmçinin Alex Chzhen, Yerlan Zholdasbek, Makhaim, Mak Mari kimi tanınmış dizaynerlər olacaq.

Moda həftəsi ərzində Azerbaijan Fashion Week Azərbaycan qadınlarının gözəllik və dəb tarixinə dalmağa imkan yaradacaq. Gözləriniz önündə yüz il müddətində dəyişən obrazlar canlanacaq. Son əsrin dəb təkamülünün şahidi olacaqsınız.

2018/2019 Payız-Qış mövsümü sürprizlər hazırlayır. Azərbaycan dizaynerləri inkişaf edir, güclənirlər, moda cəmiyyətinin yeni üzvlərinin sayı həndəsi silsilə üzrə artır.

Əsas nümayiş proqramı ilə yanaşı, ənənəvi hala çevrilən Showroom АFW də təşkil olunacaq. Showroom АFW-in əsas məqsədi — butik sahibləri və bayerlərə uzun-uzadı vasitəçi zəncirindən yan keçərək və axtarışlar üçün vaxt itirmədən dizaynerlərlə bilavasitə ünsiyyətə girmək, mövsümün yenilikləri barədə öyrənmək, yerində və zamanında öz brendini tapmaq, öz qarderobu üçün nəsə yeni geyim seçmək imkanı yaratmaqdır.

Öz fəaliyyəti dövründə yüksək səviyyəli təşkilatçılığı və ölkənin moda hadisəsinin aparıcısı statusunu qazanması sayəsində, Azərbaycan Fashion Week təşkilati komitəsi, ölkəni və regionu fashion-cəmiyyətində tanınmasını beynəlxalq səviyyəyə yüksəldilməsi adına, müxtəlif ölkələrdə keçırilən moda həftəsi ilə bir cox tərəfdaşlıq müqavilələri bağlayıb. Hal-hazırda Mercedes-Benz Fashion Week Russia, Kazakhstan Fashion Week, Tbilisi Fashion Week, Caspian Fashion Week, Belarus Fashion Week, Krasnodar Fashion Week – Azerbaijan Fashion Week-in tərəfdaşlarıdır. Bir neçə gün əvvəl Volqa Fashion Week ilə razılaşma imzalandı. Beləliklə onlar da Azerbaijan Fashion Week-in şərəfli qonaqları arasında olacaqlar.

Qeyd edək ki, Sputnik Azərbaycan Azerbaijan Fashion Week rəsmi moda həftəsinin informasiya tərəfdaşıdır.

41
Teqlər:
Fəxriyyə Xələfova, Azerbaijan Fashion Week, Fairmont Baku Flame Towers, moda
Kişi uşağı ilə, arxiv şəkli

Uşaqları qohumlarının övladlığa götürməsi asanlaşdırılır

6
(Yenilənib 15:44 09.03.2021)
"Ailə Məcəllə"sinə dəyişiklik edilib. Qohumlara münasibətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ildən çox olmayan müddətdə övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması proseduru isə qüvvədə qalır

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 9 mart — Sputnik. Azərbaycanda uşaqların qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən övladlığa götürülməsi proseduru asanlaşdırılır.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Ailə Məcəllə"sinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliklə uşağı övladlığa götürmə istəyən qohumlara aşağıdakı prosedurlar tətbiq olunmayacaq:

- övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi;

- övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi;

- övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili;

- övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi.

Qohumlara münasibətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ildən çox olmayan müddətdə övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması proseduru isə qüvvədə qalır.

Dəyişiklik səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

6
İnsan kölgəsi

Xalq artistinin əşyaları oğurlanıb

5
Mərhum sənətkar Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım isə məsələ barədə danışmaq istəmədiyini deyib.

BAKI, 9 mart — Sputnik. Mərhum Xalq artisti Yaşar Nurinin şəxsi əşyaları oğurlanıb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə mərhumun Novxanıda yerləşən bağ evində qeydə alınıb.

Məlumata görə, bağ evinin bir otağında yaradılmış ev muzeyindən Xalq artistinə məxsus eynək, mobil telefon və s. əşyalar oğurlanıb. Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım isə məsələ barədə danışmaq istəmədiyini deyib. Qeyd edək ki, 1951-ci il təvəllüdlü Yaşar Nuri 2012-ci ildə vəfat edib.

5