Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi, ordu generalı İlker Başbuğ Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib

Türkiyənin məşhur ordu generalı Bakıda ciddi mesajlar verib

803
(Yenilənib 17:10 04.05.2018)
Başbuğ Qafqaz İslam Ordusunun şəhidlərinin uyuduğu "Türk şəhidliyi"ni də ziyarət edib

BAKI, 4 may — Sputnik. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi, ordu generalı İlkər Başbuğ Azərbaycana səfərə gəlib. Sputnik Azərbaycan xəbər verir ki, Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Ordu generalı Şəhidlər Xiyabanına gələrək 20 yanvar faciəsi qurbanlarını da yad edib. Başbuğa burada 20 yanvar faciəsi barədə məlumat verilib. O, Dağüstü parkdan paytaxta açılan mənzərəni izləyib.

Daha sonra 1918-ci ildə Bakını bolşevik-daşnak qüvvələrinin işğalından azad edən Qafqaz İslam Ordusunun şəhidlərinin uyuduğu "Türk şəhidliyi"ni də ziyarət edib

Qeyd edək ki, ötən gün Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi, ordu generalı İlkər Başbuğ Xəzər Universitetinin Dünya Məktəbində mühazirə deyib. Başbuğ çıxışında mavi rəngin türklük rəmzi olduğunu xatırladıb.

  • Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi, ordu generalı İlker Başbuğ Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib
    Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi, ordu generalı İlker Başbuğ Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib
    © Sputnik / Eldar Tanryverdiyev

1 / 14
© Sputnik / Eldar Tanryverdiyev
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi, ordu generalı İlker Başbuğ Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib

"Mavi rəng çox önəmlidir. Zatən sizin bayrağınızdakı əsas, üstdəki mavi rəng də türklüyü bildirir. Mərhum Heydər Əliyevin dediyi kimi həqiqətən Azərbaycanla Türkiyə bir millət, iki dövlətdir. Heydər Əliyevin xatirəsini də hörmətlə yad edirəm. Doğrudan, Azərbaycanın bugünkü inkişafa nail olmasında onun böyük rolu var. Bu səbəbdən bir Türkiyə vətəndaşı olaraq onun ruhuna dua oxuyuram", — Başbuğ bildirib.

Ordu generalı Osmanlı dövlətinin ən çətin günlərini yaşasa da, Azərbaycana kömək etmək üçün hərbi qüvvə göndərdiyini xatırladıb: "Təsəvvür edin, 1918-ci ildir. Osmanlı imperiyası üçün Fələstin cəbhəsi var, İraq cəbhəsi var, Boğazlar uğrunda müharibə aparır. İstanbul işğal ediləcək, donanmalar gələcək. Osmanlı imperiyası tarixinin ən çətin dövrünü yaşasa da, Azərbaycan Xalq Cümhuriyyətinin "Gəl, bizə kömək et" tələbinə müsbət cavab verir. Bu, çox önəmlidir. Qafqaz İslam Ordusu yaradılır, təxminən 10 mindən çox şəxsi heyəti olan hərbi qüvvə təşkil olunur. Bu qüvvə 15 sentyabr 1918-ci ildə Bakıya daxil olur".

İlkər Başbuğ gənclərə öz tövsiyələrini də verib: "Bu tövsiyələrimi xüsusilə dinləyin. Əgər bir şey sizə rahatlıqla verilibsə, bunun uğrunda mübarizə aparılıb. Mübarizə ilə əldə edilən çox şeylərin dəyərini gənclər anlamırlar. Bu vəziyyətə necə gəldik, bunun üçün nə qədər fədakarlıqlar olub. Bu faktları, xüsusilə gənc nəsillərə, o hadisələri görməmiş, yaşamamış insanlara anlatmaq lazımdır. Bu, Türkiyə üçün də vacibdir, Azərbaycan üçün də, Kipr üçün də".

Xatırladaq ki, İlkər Başbuğ Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının 26-cı rəisi (28 avqust 2008- 27 avqust 2010) olub. O, ilk xarici səfərini də, məhz Azərbaycana edib.

803
Teqlər:
ordu generalı İlkər Başbuğ, Baş Qərargahı, Türkiyə Silahlı Qüvvələri, ziyarət, Azərbaycan
Əlaqədar
İlkər Başbuğ: 15 iyulda baş verənləri dövlət çevrilişi kimi qiymətləndirmirəm
Məşhur azərbaycanlı general barəsindəki qalmaqallı iddialara aydınlıq gətirdi
General: “Aprel döyüşlərində yaralananların hamısı xilas edilib”
Rusiyalı general: "Ayaz Mütəllibova məlumat verdim ki, Ermənistan müharibəyə hazırlaşır"
Калькулятор и ручка, фото из архива

Həyəcan təbili - Gələn il iqtisadi göstəricilərimiz ürəkaçan olmayacaq, əgər...

2
(Yenilənib 19:28 06.08.2020)
Professor: "Büdcə kəsirinin maliyyələşməsini Mərkəzi Bank tərəfindən pul emissiyası hesabına etməliyik. Mərkəzi Bank pul çap edərək iqtisadiyyatda canlanmanı təmin etməlidir. Bu yanaşma olmasa, ilin sonuna kimi ÜDM-in azalmasının şahidi ola bilərik"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 6 avqust — Sputnik. "Büdcə siyasəti ilə bağlı bu gün bir çox suallar yaranır, çünki dünya iqtisadiyyatında vəziyyət olduqca mürəkkəbdir. Bu proseslər yalnız pandemiya ilə bağlı deyil, dünya iqtisadiyyatı çox dərin tənəzzül dövrünə daxil olub. Bu, uzun müddətli olacaq. O baxımdan Azərbaycanda iqtisadi idarəetmə siyasəti, o cümlədən büdcə siyasəti kəskin şəkildə islahatlara məruz qalmalı, dərin islahatlar aparılmalıdır".

Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a büdcəyə edilən dəyişiklikdən danışarkən deyib.

Ekspert bildirib ki, bu ilin sonunadək iqtisadiyyatda dayanıqlılıq qoruna biləcək: "Çünki ehtiyatlar buna imkan verir, digər tərəfdən neft qiymətləri tarazlaşıb, 6 ayda fiskal yığımlar təmin olunub. Eyni zamanda valyuta bazarında da sabit vəziyyət var və ona görə də ilin sonunadək ciddi problemlər gözlənilmir. Amma uzun müddətli dövrdə milli iqtisadiyyatımızda da ciddi problemlər gözlənilir. Bu problemlərin qarşısı indidən alınmalıdır, o cümlədən də büdcə siyasəti ilə".

"Bu il büdcə xərclərinin artımına ehtiyac var idi və o baxımdan da büdcə xərclərinin artırılması başa düşüləndir, izah olunandır. Amma büdcə xərclərinin artırılması büdcə kəsirinin də artırılması deməkdir. Büdcə kəsirinin artırılması isə düzgün idarə olunmalıdır. Bu gün bizim dövlət büdcəsinin kəsir göstəricisi təxminən 5 faizdir. Bu, böyük rəqəm deyil, yəni, yolveriləndir" - deyə o qeyd edib.

O bildirib ki, bu ilin ilk 6 ayının nəticələri onu deməyə əsas verir ki, iqtisadiyyata kapital qoyuluşları azalıb: "Bu, təhlükəli tendensiyadır. Əgər biz büdcə kəsirinin idarə olunmasını, büdcə kəsirinin maliyyələşməsini Maliyyə Nazirliyi tərəfindən buraxılan qiymətli kağızlarla təmin edəcəyiksə, bu, iqtisadiyyatda kapital qoyuluşlarının bir qədər də azalmasına səbəb olacaq. Hesab edirəm ki, biz büdcə kəsirinin maliyyələşməsini Mərkəzi Bank tərəfindən pul emissiyası hesabına etməliyik. Yəni, Mərkəzi Bank pul çap edərək iqtisadiyyatda canlanmanı təmin etməlidir. Bu yanaşma olmasa, ilin sonuna kimi ÜDM-in azalmasının şahidi ola bilərik".

"Əgər biz bu il ərzində investisiyaların azalmasına getsək, onda gələn il iqtisadi göstəricilərimiz ürəkaçan olmayacaq. Biz investisiyaların azalmasına yol verməməliyik. Əks halda iqtisadiyyatımız daralacaq, inflyasiya ilə bağlı problemlər kəskinləşəcək. Məsələyə sistemli yanaşmaq lazımdır. İdxalın əvəzolunması, yerli istehsalın formalaşması prosesi getməlidir. İxracatda qeyri-neft sektorunun payı artmalıdır. Digər tərəfdən, qeyri-neft ixracımızda ilk 3 yeri qızıl, pomidor və fındıq tutur. Bunların üçü də xammaldır, lakin biz emal etməliyik" - deyə professor əlavə edib.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinə dəyişiklik edilməsi, dürüstləşmələrə gedilməsinə ehtiyac yaranıb. Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirlərinin 24 milyard 124 milyon manat, xərclərinin 27 milyard 492 milyon 200 min manat olacağı gözlənilir.

2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş gəlirləri 24124,0 milyon manat nəzərdə tutulur. Bu da ÜDM-in 35,3 faizi həcmində olmaqla, 2020-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,5 milyon manat azdır.

2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri 27492,2 milyon manat təşkil edəcəyi gözlənilir. Bu da təsdiq edilmiş göstəriciyə nisbətən 597,5 milyon manat və ya 2,2 faiz çoxdur.

Xatırladaq ki, "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişiklik ilə bağlı parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qeyd edib ki, COVİD-19-un dünyada sürətlə yayılması qlobal iqtisadiyyatda neqativ meyllərin artmasına, dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb olub: "İstər dünyada, istərsə də ölkəmizdə iqtisadi şərtlər kifayət qədər dəyişib. Ölkədə işgüzar fəallığın və artım sürətinin zəifləməsinə səbəb olub, iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsir göstərib. İqtisadi aktivliyin zəifləməsi nəticəsində qeyri-neft gəlirlərinin azalması və digər maliyyələşmə mənbələrinin daralması dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsini yaradıb. Sadalanan səbəblərə görə 2020-ci il dövlət büdcəsinə dəyişiklik edilməsi, dürüstləşmələrə gedilməsinə ehtiyac yaranıb. Yeni çağırışlar kontekstində dövlət büdcəsinin xərcləri üzrə yeni tələbatlar ortaya çıxıb".

2
“Kəlbəcər”  tankeri

Odessada dizayn olunan "Kəlbəcər" suya salınıb - VİDEO

1
(Yenilənib 19:27 06.08.2020)
Unikal dizaynı ilə seçilən və texniki göstəricilərinə görə geniş imkanlara malik bu gəmi Bakı Gəmiqayırma Zavodunda inşa edilmiş sayca ikinci neftdaşıyan tankerdir

BAKI, 6 avqust — Sputnik. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) sifarişi ilə "Bakı Gəmiqayırma Zavodu" MMC-də inşa edilən "Kəlbəcər" neftdaşıyan tankeri növbəti mərhələsinin tikintisinin aparılması üçün suya salınıb. Bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, gəminin gövdə hissəsinin inşası 100% başa çatıb. Qalan tamamlanma işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək. Bu məqsədlə "Kəlbəcər" tankeri zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlar vasitəsilə suya salınıb.

Qeyd edək ki, bu gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu və ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb. Volqa-Don MAX layihəsi olan gəmi maksimum yükgötürmə qabiliyyəti ilə Volqa-Don çayından keçmək imkanına malikdir.

Yeni nəsil "Kəlbəcər" tankerinin uzunluğu 141, eni 16.9, bortunun hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə edilən gəmi saatda 10 knot sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9212 kub metr olan 6 yük çəninə malikdir. Dedveyti dənizdə 7,875 T və çayda 5,447 T olan gəmi hər biri 1,200 kW gücə malik iki ədəd "Wartsila" istehsalı mühərriklərlə təchiz edilib.

Zavodun yanalma körpüsündə istismar sınaqları başa çatddıqdan sonra "Kəlbəcər" tankerinin dəniz-istismar sınaqlarına başlanacaq.

Yeni nəsil "Kəlbəcər" tankerinin xarici sularda istismarı nəzərdə tutulur.

Unikal dizaynı ilə seçilən və texniki göstəricilərinə görə geniş imkanlara malik bu gəmi Bakı Gəmiqayırma Zavodunda inşa edilmiş sayca ikinci neftdaşıyan tankerdir. Ötən ilin sonunda istismara verilmiş "Laçın" adlı ilk tanker artıq üçrəngli bayrağımız altında xarici sularda istismar olunur. Eyni zamanda, ASCO-nun sifarişinə uyğun olaraq daha iki ədəd eyni tipli gəminin tikintisi işləri də qrafikə uyğun davam edir.

Bununla belə, hazırda ASCO-nun donanmaları üçün zəruri olan müxtəlif təyinatlı gəmilərin inşası ilə bağlı Gəmiqayırma Zavodu ilə danışıqlar davam etdirilir.

1