Milli Məclis

Milli Məclis toplandı, ciddi dəyişikliklər gözlənilir

210
(Yenilənib 12:16 01.05.2018)
Plenar iclasda 52 məsələ müzakirə ediləcək

BAKI, 1 may — Sputnik. Milli Məclisin növbəti plenar iclası başlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, iclasın gündəliyinə 52 məsələ daxil edilib.

Milli Məclis komitələrinin yeni üzvlərinin seçilməsi məsələsinə baxılacaq, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinləniləcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

"Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Konstitusiya qanunu layihələri müzakirəyə çıxarılacaq.

"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "Azərbaycan Respublikasının "Şərəf" və "Dostluq" ordenlərinin təsis edilməsi haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.

İnzibati Xətalar, Cinayət, Əmək, Miqrasiya, Cinayət-Prosessual, İnzibati Prosessual, Mülki Prosessual, Cəzaların İcrası, Torpaq məcəllələrində dəyişikliklərə baxılacaq.

"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", "Siyasi partiyalar haqqında", "Həmkarlar ittifaqları haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında", "Telekommunikasiya haqqında", "Xidməti və mülki silah haqqında", "Üzümçülük və şərabçılıq haqqında", "Sərbəst toplaşmaq azadlığı haqqında", "Yol hərəkəti haqqında" qanunlarda dəyişikliklər müzakirə ediləcək.

"Kütləvi informasiya vasitələri haqqında", "Televiziya və radio yayımı haqqında", "Müdafiə haqqında", "Dövlət qulluğu haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında", "Narkoloji xidmət və nəzarət haqqında", "Torpaq islahatı haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "İctimai televiziya və radio yayımı haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında", "Müəllif hüququ və əlaqəli hüquqlar haqqında", "İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında", "Mədəniyyət haqqında" qanunlarda dəyişikliklər müzakirə ediləcək.

"Məlumat toplularının hüquqi qorunması haqqında", "Memarlıq fəaliyyəti haqqında", "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında", "Mühasibat uçotu haqqında", "Sosial sığorta haqqında" qanunlarda dəyişikliklərə, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsinə ikinci oxunuşda baxılacaq.

İclasda "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılacaq.

210
Teqlər:
məsələ, dəyişiklik, plenar iclas, Azərbaycan Respublikası, Milli Məclis
Əlaqədar
Dəyişikliklər davam edir: “Asan xidmət”, Kənd Təsərrüfatı Nazirliyi, “Qaçqınkom”...
Yeni komitə sədri islahatlara başladı: Kadr dəyişikliklərinə start verdi
Prezident mühüm dəyişiklik qərarı verdi
Azərbaycan hökumətinin tərkibində dəyişiklik edildi
Naxçıvan Muxtar Respublikası ilə bağlı gözlənilən dəyişiklik edildi
Milli Məclis bir sıra dəyişiklikləri müzakirəyə çıxardı

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

9
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

9

Təhsil naziri: "Öyrənmə motivasiya arasında çox böyük əlaqə var"

8
Emin Əmrullayev: "Mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır".

BAKI, 22 yanvar - Sputnik. Təhsil naziri Emin Əmrullayev pandemiya ilə əlaqədar şagirdlərin dərslərində bəzi geriləmələrin olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında nazir övladlarından birinin 1-ci sinfə getdiyini, digərinin isə məktəbəqədər yaşda olduğunu deyib. O, distant təhsilin problemlərindən bəhs edərkən deyib:  

“Distant təhsil və teledərslər öz-özlüyündə izləmə baxımından maraqlı prosesdir. Eyni zamanda bu, çox çağırışlı məsələdir, o mənada ki, problemlidir. Belə ki, avadanlıqdan istifadə və ya müxtəlif problemlər meydana çıxır. Misal olaraq, hava soyuq olanda işıqlar sönə bilər. Bunu uşağa izah etmək məsələsi var. Odur ki, mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır”.

Nazir ibtidai siniflərdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafına fokuslaşmalı olduğumuzu da qeyd edib:

“Biz emosiyalara və ya hansısa gümanlara yox, faktlara, ölçmələrə, elmə inanmalıyıq. Hazırda bununla bağlı planlar var və bunlardan biri də şagirdlərin biliyinin qiymətləndirilməsinin aparılmasıdır. Təbii, şagirdlər də dərsə qayıtmalıdır ki, biz bunu edə bilək. Yaxud başqa formatlar da düşünə bilərik. İnandığım budur ki, fokuslanmalı olduğumuz məsələ, xüsusilə də ibtidai sinifdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafıdır. Mənə görə məktəb insanın sosial emosional inkişafını irəli aparan yer olmalıdır. Çünki öyrənmə və motivasiya arasında çox böyük əlaqə var”.

8
Teqlər:
Azərbaycanın təhsil naziri, təhsil naziri, Emin Əmrullayev