İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafına dair respublika müşavirəsi keçirilib

İlham Əliyev Formula 1 barədə danışdı

48
(Yenilənib 21:10 29.04.2018)
Prezident İlham Əliyev: “Qonaqlar Azərbaycan xalqının qonaqpərvərliyini görürlər”

BAKI, 29 aprel — Sputnik. "Bu, dünya əhəmiyyətli bir tədbirdir. Biz çox şadıq ki, üçüncü dəfə Formula 1 Bakıda keçirilir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas mərhələsi keçirilən zaman “Fox Sport” televiziya kanalına müsahibəsində söyləyib.

“Hamı yarışdan həzz alır. Əminəm ki, qonaqlar da həzz alır, onlar burada bizimlədirlər. Onlar Azərbaycan xalqının qonaqpərvərliyini görürlər. Qonaqlar şəhərimizin necə də gözəl olduğunu görürlər və bu, möhtəşəm bir tədbirdir. Biz çox şadıq”, deyə dövlət başçısı qeyd edib.

48
Əlaqədar
Formula 1 Azərbaycan Qran-Prisi başa çatdı: Qalib...
Formula 1-də Luis Hamilton üçün sürpriz
Bakıda Formula 1 yarışları daha 5 il keçirilə bilər - RƏSMİ
Sürət, uğultu və adrenalin: Formula 1-in həlledici mərhələsi başladı
Formula 2: İkinci yarışın qalibi bilindi

Şirvanda minik avtomobili mikroavtobusla toqquşub, ölən xəsarət alan var

1
Ölən şəxsin sıxılmış meyiti deformasiyaya uğrayan avtomobildən xüsusi avadanlığın köməyi ilə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

BAKI, 30 may - Sputnik. Şirvanda ağır yol qəzası baş verib.

APA-nın verdiyi xəbərə görə, Hacıqabul rayon sakini, 1999-cu il təvəllüdlü Ağayev Yaşar Bəkir oğlu idarə etdiyi  “VAZ-2106” markalı 24 BC 805 dövlət nömrə nişanlı avtomobili qarşı tərəfin yoluna çıxararaq dönmə əməliyyatı edən şəhərdaxili marşrut üzrə işləyən 10 MZ 256 dövlət nömrə nişanlı mikroavtobusa çırpıb.

Nəticədə minik avtomobilində olan sərnişin Hacıqabul rayon sakini, 1998-ci il təvəllüdlü İsmayılov Fərid Azər oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Digər sərnişin, Hacıqabul rayon sakini, 1999-cu il təvəllüdlü Həmidov Maşallah Məhərrəm oğlu Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Sürücü yüngül xəsarət alıb.

Qəza zamanı mikroavtobus “Şəhidlər xiyabanı”nın hasarına çırpılıb.

Hadisə yerinə FHN-nin Şirvan yanğından mühafizə xidmətinin xilasediciləri cəlb edilib. Ölən şəxsin sıxılmış meyiti deformasiyaya uğrayan avtomobildən xüsusi avadanlığın köməyi ilə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Şirvan rayon Polis Şöbəsində araşdırma aparılır.

1
Qəlyan, arxiv şəkli

Hətta Afrika, ərəb ölkələri ondan imtina edir, Azərbaycanda isə...

13
(Yenilənib 17:02 30.05.2020)
"Qəlyandan istifadə xəstəliyin bir şəxsdən digərinə keçməsinə səbəb olur. Bu isə insanları n səhhəti üçün ciddi risk doğurur" - Eyyub Hüseynov

Nigar Isgəndərova, Sputnik Azərbaycan

BAKI, 30 may — Sputnik. Bütün dünyada koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə müxtəlif profilaktik tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də kafe və restoranlarda qəlyandan istifadənin qadağan olunmasıdır. Azərbaycanda da bənzər addımlar atılır.

Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilir ki, koronavirus (COVİD - 19) infeksiyasının tənəffüs damcıları, yəni birbaşa təmas yolu ilə ötürüldüyü və yuxarı tənəffüs yollarının infeksiyası kimi təzahür etdiyi nəzərə alınaraq, ölkə ərazisindəki bütün ictimai iaşə obyektlərində çoxdəfəli istifadə üçün nəzərdə tutulmuş qəlyan avadanlıqlarından istifadə qadağan edilir.

Lakin görünən budur ki, bəzi işbazlar tərəfindən göstərişlərə əməl edilmir. Belə ki, bir neçə gün öncə Bakı Şəhər Ticarət və Xidmət Departamenti rayon polis idarələri ilə birgə paytaxtın ictimai iaşə obyektlərində, kafe və restoranlarında qəlyan çəkilməsinin qarşısının alınması məqsədilə reydlər aparılıb.

Lakin qəlyan çəkilməsinin bir sıra virus infeksiyaların yayılmaya səbəb olacağı barədə müvafiq xəbərdarlıqların olmasına baxmayaraq bəzi obyekt sahibləri tərəfindən pul qazanmaq həvəsi vətəndaşlarımızın sağlamlığından daha üstün tutulduğundan reydlər zamanı yeni pozuntular aşkarlanıb.

Belə ki, neqativ hallar Səbail rayonu, İçərişəhərdəki “Museum İnn” otelinin kafesində, Nəsimi rayonu Süleyman Rüstəm küçəsi 11 ünvanındakı “Pafos” Karaoke Sinema Klubda, Cavadxan küçəsindəki “Korona” kafesində, Nəsimi rayonundakı “Badam” çay evində, Sabunçu rayonunda “MM” çay evində, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Çardaq” kafesində aşkar edilib.

Departament rəsmiləri və hüquq-mühafizə orqanları tərəfindən belə obyektlərin sahiblərinə ciddi xəbərdarlıq edilib.

Əksər kafe və restoranlar qəlyan borularını dəyişmədiyi üçün insanların həyatlarını riskə atırlar. I stehlakçıların hüququ nədir?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qəlyandan istifadənin yarada biləcəyi təhlükədən söz açıb: “Siqaretdən uzaqlaşmaq üçün qəlyan çəkmək özünü aldatmaqdan başqa bir şey deyil.

Bundan başqa, qəlyandan istifadə xəstəliyin bir şəxsdən digərinə keçməsinə səbəb olur. Bu isə insanların səhhəti üçün ciddi risk doğurur".

"Qəlyan çəkənlər boruya  taxılan başlıqlarındəyişdiyi deyirlər. Amma kim zəmanət verə bilər ki, bu borular vasitəsi ilə xəstəlik keçməyəcək? Çünki b aşlıqlar dəyişdirilsə də, nəfəsdəki bakteriyalar boruya keçərək müxtəlif xəstəliklər yarada bilər" - Hüseynov bildirib.

Qanundan sitat gətirən birlik sədri deyir ki, “İstehlakçıların hüquqlarının qorunması haqqında” Qanunda istehlakçının çoxsaylı məhsullar və xidmətlərdən istifadə etmək, dəyişdirmək, o cümlədən də onj təkmilləşdirmək üçün xidmət göstərənə tələb qoymaq hüququ var: "Istehlakçı qəlyan çəkəndə yalnız  başlığı deyil, o cümlədən də  borunun da dəyişdirilməsin i tələb edə bilər”.

Hələlik ki, Azərbaycanda qəlyandan istifadə davam  etdirilsə də, bu gün bir çox ölkələr artıq ondan  imtina edib. Dünyada koronavirusun arealın genişlənməsi ilə əlaqədar olaraq Birləşmiş Ərəb Əmirliklərində bütün restoran və kafelərdə qəlyandan imtina edilib. Şərqi Afrika, xüsusən də Keniya kimi ölkələrdə isə qəlyan 2017-ci ildən bəri qadağandır.

13