Azərbaycan Ordusunda hərbi beşnövçülük üzrə birincilik yarışları keçirilir

Azərbaycan Ordusunda yarışlar başlayıb

45
(Yenilənib 13:59 27.04.2018)
Ordumuzda hərbi beşnövçülük üzrə birincilik yarışları keçirilir

BAKI, 27 aprel — Sputnik. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və "Qaraheybət" təlim mərkəzinin bazasında hərbi qulluqçular arasında hərbi beşnövçülük üzrə birincilik yarışları keçirilir. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Yarışların açılış mərasimi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ümummilli liderimiz Heydər Əliyevin, o cümlədən ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Müdafiə Nazirliyinin zabiti polkovnik Sadiq Paşayev açılışda çıxış edərək, orduda şəxsi heyətin fiziki hazırlığının daim diqqət mərkəzində olduğunu vurğulayıb.

  • Azərbaycan Ordusunda hərbi beşnövçülük üzrə birincilik yarışları keçirilir
    Azərbaycan Ordusunda hərbi beşnövçülük üzrə birincilik yarışları keçirilir
    © AR Ministry of Defense

1 / 3
© AR Ministry of Defense
Azərbaycan Ordusunda hərbi beşnövçülük üzrə birincilik yarışları keçirilir

Qoşun növlərini və birləşmələri təmsil edən 14 komanda fərdi və komanda birincilik uğrunda mübarizə aparır. 80-dək hərbi qulluqçu maneələr zolağının dəf edilməsi, atış, qumbaraatma, 8 km məsafəyə kross və üzgüçülük növləri üzrə yarışlarda güclərini sınayırlar.

45
Teqlər:
"Qaraheybət" təlim mərkəzi, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, hərbi qulluqçu, yarış
Əlaqədar
Türk ordusu Afrini addım-addım təmizləyir
Ordu düşərgəyə hücum etdi, terrorçular məhv edildi
Azərbaycan ordusundan böyük şücaət - VİDEO
Ordunun şəxsi heyətinin hazırlığı yoxlanıldı