Ramiz Mehdiyev

Ramiz Mehdiyevə yüksək mükafat verildi

118
(Yenilənib 13:07 26.04.2018)
Prezident Administrasiyasının rəhbəri Rusiyanın "Şərəf" ordeninə layiq görülüb

BAKI, 26 aprel — Sputnik. Soçidə təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli nümayəndələrin 9-cu Beynəlxalq görüşü keçirilir. Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə 117 ölkə, o cümlədən Azərbaycan da təmsil olunur.

Bir sıra ölkələrin təhlükəsizlik şuraları katiblərinin, prezidentlərin və baş nazirlərin milli təhlükəsizlik üzrə köməkçilərinin, güc qurumlarının rəhbərlərinin iştirak etdikləri beynəlxalq görüşdə qlobal və regional təhlükəsizlik məsələləri müzakirə olunub. Diqqətə çatdırılıb ki, Soçi görüşü beynəlxalq təhlükəsizlik sahəsində çoxtərəfli əməkdaşlığın qurulması üçün əlverişli platformadır.

Görüşü açan Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Rusiya Prezidenti Vladimir Putinin təbrik məktubunu oxuyub, gündəliyə daxil edilən mövzular barədə məlumat verib.

Görüşdə ölkəmizi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və Prezident Administrasiyasının sektor müdiri Otari Qvaladze təmsil edirlər.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli nümayəndələrin 9-cu görüşündə "Beynəlxalq terror təşkilatlarının strategiyası və taktikasının təkamülü" mövzusunda çıxış edib. Çıxışda beynəlxalq terrorçu təşkilatların fəaliyyətində müşahidə olunan son tendensiyalar barədə məlumat verilib, habelə bu destruktiv fəaliyyətin qarşısının alınması üçün bütün dövlətlərin səylərinin birləşdirilməsinin və terrorçuluğa münasibətdə ikili standartlar siyasətindən imtina edilməsinin vacibliyi vurğulanıb.

Tədbir çərçivəsində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb. Nikolay Patruşev qeyd edib ki, Azərbaycanla Rusiya arasındakı əlaqələrin inkişafında xidmətlərinə görə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Rusiyanın "Şərəf" ordeni ilə təltif edilməsinə dair sərəncam imzalayıb. Nikolay Patruşev sərəncamı və ordeni Ramiz Mehdiyevə təqdim edib.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Rusiya Prezidentinin ona göstərdiyi yüksək diqqətə görə təşəkkürünü bildirib. Vurğulayıb ki, Rusiya-Azərbaycan əlaqələri dinamik inkişaf edir, ölkələrimiz arasında daim dialoq aparılır və bu işdə dövlət başçılarının mühüm rolu var.

Ramiz Mehdiyevin Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas ilə görüşündə regionda və dünyada vəziyyət və təhlükəsizlik məsələləri təhlil olunub, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

118
Teqlər:
Nikolay Patruşev, Rusiya Federasiyası Təhlükəsizlik Şurası, nümayəndə, Ramiz Mehdiyev, Soçi, Azərbaycan, görüş
Əlaqədar
Nazim İbrahimov Ramiz Mehdiyevin sözlərinə cavab verdi
Ramiz Mehdiyevdən ilginc açıqlama: "İş görmürdü, dövlətin pulları ünvanına çatmırdı"
Ramiz Mehdiyev yeni təyinatların anonsunu verdi
Prezidentdən Ramiz Mehdiyevə yubiley hədiyyəsi
Ramiz Mehdiyev: "Heç kim bu yola düşməməlidir"
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

17
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

17
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət
Qanda qlükozanın miqdarının yoxlanılması

Şəkərlə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar

8
(Yenilənib 23:07 16.01.2021)
"Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:

"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".

Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.

8