İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

İlham Əliyev yeni prezidentliyi dövrünün ilk rəsmi səfərinə çıxdı

411
(Yenilənib 19:29 24.04.2018)
Dövlət başçısını Türkiyənin baş nazirinin müavini Fikri İşık və digər yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar

BAKI, 24 aprel — Sputnik. Prezident İlham Əliyev Türkiyə Respublikasına rəsmi səfərə gedib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın "Esenboğa" hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısını Türkiyənin baş nazirinin müavini Fikri İşık və digər yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib. Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.

411
Teqlər:
prezident, İlham Əliyev, rəsmi səfər, Türkiyə Respublikası
Əlaqədar
BMT baş katibi İlham Əliyevi təbrik etdi
İlham Əliyev Rusiya kəşfiyyatının rəhbərini qəbul edib
Avropa ölkələrindən İlham Əliyevə təbriklər gəlir
İlham Əliyevin prezident seçildikdən sonra ilk səfərini edəcəyi ölkə bilindi
Putinin xüsusi nümayəndəsi İlham Əliyevə məktub göndərdi
Elektrik xətləri, arxiv şəkli

İES-lərin enerji hasilatında artım, SES-lərin hasilatında isə azalma var

9
(Yenilənib 23:07 25.09.2021)
Avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 611,2 milyon kilovat/saat artaraq 2 milyard 767,4 milyon kilovat/saat olub.

BAKI, 25 sentyabr — Sputnik. Yanvar-avqust aylarında istilik elektrik (İES) və su elektrik stansiyalarında (SES) istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb.

Energetika Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 8 ayda respublikada elektrik enerjisinin istehsalı 18 milyard 612,4 milyon kilovat/saat olub.

Hesabat dövründə ötən ilin eyni aylarına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 994,2 milyon kilovat/saat artaraq 17 milyard 409,7 milyon kilovat/saat, SES-lərdə 120,3 milyon kilovat/saat çoxalaraq 966,9 milyon kilovat/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 4,8 milyon kilovat/saat azalaraq 235,8 milyon kilovat/saat olub.

Qeyd edək ki, təkcə avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 611,2 milyon kilovat/saat artaraq 2 milyard 767,4 milyon kilovat/saat olub.

Ay ərzində elektrik enerjisinin ixracı 150,6 milyon kilovat/saat, idxalı isə 10,5 milyon kilovat/saat təşkil edib.

Həmçinin oxuyun:

Bərpa olunan Laçın SES kimə işıq verəcək?

9
Teqlər:
İES, SES

Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşüb

6
(Yenilənib 22:27 25.09.2021)
BQXK-nin prezidenti humanitar sahədə əməkdaşlığın və münaqişənin həlli kontekstində müvafiq layihələrin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

BAKI, 25 sentyabr - Sputnik. Sentyabrın 24-də xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşüb.

Görüşdə Azərbaycan ilə BQXK arasındakı münasibətlərin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıldı və tərəflər arasındakı uğurlu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə ümid ifadə edilib. 

Ceyhun Bayramov münaqişə sonrası regionda mövcud olan vəziyyət, xüsusilə də mina təhlükəsi və onun doğurduğu fəsadlar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat verib. Nazir münaqişə kontekstində BQXK-nın fəaliyyətinin Azərbaycan tərəfindən müsbət qiymətləndirildiyini həmsöhbətinin diqqətinə çatdırıb.

Öz növbəsində BQXK-nin prezidenti Piter Maurer verilmiş məlumatlara görə təşəkkürünü bildirərək, təmsil etdiyi qurum tərəfindən bu istiqamətdə aparılan işlər barəsində məlumat verib. O, humanitar sahədə əməkdaşlığın və münaqişənin həlli kontekstində müvafiq layihələrin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Görüş zamanı, həmçinin ümumi humanitar məqsədli fəaliyyət barədə fikir mübadiləsi aparılıb.

Həmçinin oxuyun:

Ceyhun Bayramov Amerika Yəhudi Komitəsinin nümayəndələri ilə görüşüb

Ceyhun Bayramov Ermənistan XİN rəhbəri ilə görüşüb

6
Teqlər:
Ceyhun Bayramov, BQXK