Azərbaycan Respublikasının prezidenti İlham Əliyev

Avropa ölkələrindən İlham Əliyevə təbriklər gəlir

13
(Yenilənib 15:15 24.04.2018)
Liderlər İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyi münasibətilə təbrik ediblər

BAKI, 24 aprel — Sputnik. Fransa Respublikasının prezidenti Emmanuel Makron, İspaniyanın baş naziri Mariano Rahoy Brey və Çex Respublikasının prezidenti Miloş Zeman Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, liderlər İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyi münasibətilə təbrik edib, Azərbaycanın və onun xalqının rifahı naminə fəaliyyətində uğurlar arzulayıblar.

13
Teqlər:
təbrik məktubu, Çex Respublikası, Azərbaycan Respublikası, Fransa, İlham Əliyev, İspaniya, prezident
Əlaqədar
Onlar da İlham Əliyevi təbrik etdilər
İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Dini konfessiya rəhbərləri İlham Əliyevi qələbə münasibətilə təbrik ediblər
İlham Əliyevi təbrik edənlərin ardı-arası kəsilmir
Xankəndi şəhərinə mənzərə, arxiv şəkli

Dövlət Tərcümə Mərkəzi "Xankəndi necə Stepanakert oldu" adlı sənədli videoçarx hazırlayıb

1
Beynəlxalq internet məkanında, sosial şəbəkələrdə 10 dildə yayımlanacaq videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib.

BAKI, 23 noyabr — Sputnik. Dövlət Tərcümə Mərkəzi qədim Xankəndinin tarixindən, Rusiya və İran arasında bağlanmış 1828-ci il tarixli Türkmənçay müqaviləsinə əsasən, Dağlıq Qarabağa köçürülmüş ermənilərin uzun illər boyu Azərbaycanın bu əzəli torpaqlarında apardığı erməniləşdirmə siyasətindən bəhs edən "Xankəndi necə Stepanakert oldu" adlı sənədli videoçarx hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, beynəlxalq internet məkanında, sosial şəbəkələrdə ingilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrayna, ispan və alman dilində yayımlanacaq videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib.

1
Teqlər:
kütləvi informasiya vasitələri, ingilis, ərəb, fars, Dağlıq Qarabağ, Azərbaycan, sosial şəbəkələr, Xankəndi
Azərbaycanlı şahmatçı Teymur Rəcəbov, arxiv şəkli

Teymur Rəcəbov Levon Aronyana qalib gəlib

10
Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

BAKI, 23 noyabr - Sputnik. Onlayn şahmat üzrə “Skilling Open” turniri davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov VII turda prinsipial qarşılaşmaya çıxıb.

Şahmatçımız ermənistanlı Levon Aronyanla qarşılaşıb. Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

Qeyd edək ki, turnirin əsas mərhələsində 16 şahmatçı bir dövrəlik dairəvi sistemlə mübarizə aparır. Üçgünlük mübarizədən sonra pley-off start götürəcək.

10
Teqlər:
şahmat turniri, Teymur Rəcəbov, qalib, qələbə, şahmat