SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyevin prezident seçildikdən sonra ilk səfərini edəcəyi ölkə bilindi

Abunə olmaq
Bu, İlham Əliyevin aprelin 11-də keçirilmiş prezident seçkilərində qələbəsindən sonra ilk xarici səfəridir

BAKI, 24 aprel — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev aprelin 24-25-də Türkiyəyə səfər edəcək.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Türkiyə prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Prezident İlham Əliyevin VII Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəyi, həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcəyi bildirilir.

Qeyd edək ki, bu, İlham Əliyevin aprelin 11-də keçirilmiş prezident seçkilərində qələbəsindən sonra ilk xarici səfəridir.

Xəbər lenti
0