Президент Азербайджана Ильхам Алиев

Prezident hökumətin tərkibi barədə yeni sərəncam verdi

2677
(Yenilənib 19:54 23.04.2018)
Bəzi millət vəkilləri komitə sədri təyin olunublar

BAKI, 23 aprel — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev hökumətiun yeni tərkibinin formalaşdırılması barədə sərəncam imzalayıb. Sputnik Azərbaycan bu barədə prezidentin rəsmi saytına istinadən məlumat verir.

Sərəncamda deyili:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli 9 nömrəli Sərəncamına əlavə olaraq, aşağıdakı şəxslər Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri təyin edilsinlər:

1.1. Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri – Muxtar Bahadur oğlu Babayev;

1.2. Azərbaycan Respublikasının gənclər və idman naziri – Azad Arif oğlu Rəhimov;

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

1.3. Azərbaycan Respublikasının mədəniyyət naziri – Əbülfəs Mürsəl oğlu Qarayev;

1.4. Azərbaycan Respublikasının müdafiə sənayesi naziri – Yavər Talıb oğlu Camalov;

1.5. Azərbaycan Respublikasının səhiyyə naziri – Oqtay Kazım oğlu Şirəliyev; 

1.6. Azərbaycan Respublikasının təhsil naziri – Ceyhun Əziz oğlu Bayramov;

1.7. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – Hicran Kamran qızı Hüseynova;

1.8. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri – Fuad Rauf oğlu Muradov;

1.9. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri – Mübariz Qəhrəman oğlu Qurbanlı;

1.10. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri – Səfər Məmməd oğlu Mehdiyev; 

Nazirlər Kabineti
© Official website of President of Azerbaijan Republic

1.11. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri – Tahir Yaqub oğlu Budaqov;

1.12. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri – Kərəm Əvəz oğlu Həsənov;

1.13. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri – Fuad Hümbət oğlu Nağıyev;

1.14. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri – Qoşqar İlahi oğlu Təhməzli;

1.15. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi – Vüsal Əfqan oğlu Hüseynov;

1.16. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi – Arzu Yusif oğlu Rəhimov.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".

2677
Teqlər:
Səfər Məmməd oğlu Mehdiyev, Tahir Yaqub oğlu Budaqov, Kərəm Əvəz oğlu Həsənov, Fuad Hümbət oğlu Nağıyev, Arzu Yusif oğlu Rəhimov, Vüsal Əfqan oğlu Hüseynov, Qoşqar İlahi oğlu Təhməzli, Mübariz Qəhrəman oğlu Qurbanlı, Fuad Rauf oğlu Muradov, Hicran Kamran qızı Hüseynova, Ceyhun Əziz oğlu Bayramov, Oqtay Kazım oğlu Şirəliyev, Yavər Talıb oğlu Camalov, Əbülfəs Mürsəl oğlu Qarayev, Azad Arif oğlu Rəhimov
Əlaqədar
Yeni Nazirlər Kabinetindən son xəbər
Nazirlər Kabinetinin tərkibi açıqlandı: Yeni və köhnə simalar var
Prezident nazirləri qəbul edib
Prezident Nazirlər Kabinetinin tərkibi ilə bağlı sərəncam verdi
Notebook-la oynayan kişi, arxiv şəkli

Bu qurum vətəndaş müraciətlərini sosial səhifələr vasitəsilə cavablandıracaq

4
Vətəndaşlar həmin səhifələr vasitəsilə pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və digər sosial təminat növləri üzrə ödənişlər, sosial sığorta məsələləri, fərdi uçot və s. aid suallarını DSMF-yə ünvanlaya bilərlər

 

BAKI, 1 dekabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) dekabrın 1-dən vətəndaş müraciətlərini özünün yeni fəaliyyətə başlayan facebook, instagram, telegram və twitter sosial səhifələri vasitəsilə də cavablandıracaq. Bu barədə Sputnik Azərbaycan-a DSMF-dan məlumat verilib. Qeyd olunub ki, vətəndaşlar həmin səhifələr:

www.facebook.com/dsmf.sosial.gov.az/

www.instagram.com/dsmf.sosial.gov.az/

t.me/dsmfsosialgovaz

twitter.com/dsmfsosialgovaz

vasitəsilə pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və digər sosial təminat növləri üzrə ödənişlər, sosial sığorta məsələləri, fərdi uçot və s. aid suallarını DSMF-yə ünvanlaya bilərlər.

Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun şəkildə izahatlar veriləcək. Araşdırma tələb edən müraciətlər isə müvafiq qaydada baxılaraq nəticəsinə uyğun tədbirlər görüləcək və müraciət edən vətəndaşlar bu barədə məlumatlandırılacaq. Sosial şəbəkə səhiflərində DSMF-nin fəaliyyəti, bu sahədəki yeniliklər də ictimaiyyətə təqdim ediləcək.

4
Teqlər:
sosial şəbəkə, Əmək və əhalinin Sosial Müdafiə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu

Ölməyən futbol sevdası: Məzarı üstə sevimli komandasının təmsil edilməsini istəyən şəhid

4
(Yenilənib 14:09 01.12.2020)
Kapitan Fərid Dursunov sağ ikən vəsiyyət etmişdi ki, şəhid olsa məzarına Azərbaycan bayrağı ilə yanaşı, Türkiyənin Qalatasaray futbol klubunun bayrağı da sancılsın. Dostları isə şəhidin bu arzusunu yerdə qoymayıblar. Daha ətraflı – videomuzda.

Qaxın Qorağan kəndindən olan kapitan Fərid Dursunov sentyabrın 28-də Daşkəsən istiqamətində şəhid olub. O, sağ ikən Türkiyənin “Qalatasaray” futbol klubunu o qədər sevirmiş ki, şəhid olsa, dostlarına məzarı üstə Azərbaycan bayrağı ilə yanaşı, azarkeşi olduğu futbol klubunun bayrağının da sancılmasını vəsiyyət edib.

Ayağını itirdiyi halda yenidən cəbhəyə can atan qazi – video
© Sputnik / Leyla Abdullayeva / Leyla Orucova

Dostları isə şəhidin ruhunu şad etmək üçün onun sözünü yerdə qoymayıblar. Bundan xəbər tutan Türkiyə klubunun rəsmiləri şəhidin bu qeyri-adi istəyinə reaksiya verib, şəhidin atası Fazil Dursunovla əlaqə saxlayıblar. Klub prezidentinin köməkçisi Yusuf Günay Dursunovlar ailəsinə baş sağlığı verib, klub rəsmilərinin mütləq şəhidimizin məzarını ziyarət edəcəklərini bildirib. Bundan başqa, o söz verib ki, klubun növbəti matçların birində, futbolçular sahəyə üzərində “Fərid” yazılmış forma ilə çıxacaq.

Maraqlısı odur ki, Fərid evin yeganə hərbçisi deyil. Onun iki kiçik qardaşı da bir vaxtlar Fəriddən ilhamlanaraq hərbçi olmaq istəyiblər. Hal-hazırda hər ikisi cəbhə bölgəsində xidmətlərini davam etdirir. Fəridin həyat yoldaşına son sözləri isə geridə buraxdığı iki oğlu ilə bağlı olub. O, yoldaşı Məryəm Dursunovadan onlara göz bəbəyi kimi baxmağı xahiş edib.

4
OPEC-in loqosu, arxiv şəkli

“OPEC+” nazirlərinin iclasının vaxtı dəyişib

0
(Yenilənib 16:32 01.12.2020)
Azərbaycanın energetika naziri Pərviz Şahbazovun da "OPEC plus" ölkələri nazirlərinin müzakirələrində iştirakı nəzərdə tutulur

BAKI, 1 dekabr — Sputnik. Dekabrın 1-də keçirilməsi nəzərdə tutulan "OPEC plus" ölkələri nazirlərinin 12-ci görüşünün vaxtı 3 dekabr tarixinə dəyişdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirləri tərəfindən "Əməkdaşlıq Bəyannaməsi"ndən irəli gələn məsələlər üzrə müzakirələr keçiriləcək.

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovun da "OPEC plus" ölkələri nazirlərinin müzakirələrində iştirakı nəzərdə tutulur.

0
Teqlər:
nazirlər, OPEC, Müzakirələr