Bu gün Konstitusiya Məhkəməsi prezident seçkiləri ilə bağlı rəy verəcək

© Sputnik / Murad OrujovAzərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün Prezident seçkilərinin nəticələri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək

BAKI, 17 aprel — Sputnik. 2018–ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının (MSK) protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası bu gün keçiriləcək.

Голосование на выборах президента Азербайджана - Sputnik Azərbaycan
SİYASƏT
Seçkiləri tənqid edən ATƏT müşahidəçiləri barədə ilginc məqamlar üzə çıxdı

Sputnik Azərbaycan-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyası aprelin 11-də keçirilən prezident seçkilərinin nəticələrinə dair yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim edib. Bu barədə qərar MSK-nın aprelin 15-də keçirilən iclasında qəbul edilib.

Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarını səsvermə günündən sonra 14 gün ərzində rəsmən təsdiq etməlidir.

Qeyd edək ki, MSK-nın yekun protokoluna əsasən, İlham Əliyev 86,02 faiz səslə prezident seçkilərinin qalibi olub. Zahid Oruc 3,12 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Qüdrət Həsənquliyev 3,02 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38 faiz, Fərəc Quliyev 1,17 faiz, Razi Nurullayev isə 0,74 faiz səs toplayıb. MSK-nın yekun protokolunda qeyd edilib ki, səsvermədə seçicilərin 74,30 faizi iştirak edib. 12 403 səs etibarsız sayılıb.

Xatırladaq ki, prezident seçkilərində ölkə üzrə olan 5 milyon 314 min 365 seçicidən 3 milyon 962 min 123 nəfəri səsvermədə iştirak edib.

Xəbər lenti
0