Ciddilik etalonu Samirə Ağayeva

Seksuallığın özü: Bakılı model öz cazibəsi ilə ərəb dünyasını fəth edib

284
(Yenilənib 21:21 12.04.2018)
Azərbaycanlı model Samirə Ağayeva yeni seksual fotosessiyası ilə izləyicilərini sevindirib

BAKI, 12 aprel — Sputnik. Azərbaycanlı model Samirə Ağayeva yeni seksual fotosessiyası ilə izləyicilərini sevindirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, model yeni layihəsi olan fotosessiyasındakı şəkillərin bir neçəsini Instagram sosial şəbəkəsindəki səhifəsinə yerləşdirib. Qız bu dəfə özünü "qaynar cazibədar" obrazda təqdim etməyə çalışıb. Model şəkillərdə bədəninin gözəlliyini nümayiş etdirib. İzləyicilər modelə təriflər yağdırıblar və ondan belə fotoşəkillərini tez-tez yayaraq onları feyziyab etməsini istəyiblər.

Sözügedən model bu günlərdə Azərbaycanı Beyrutda keşirilən "Miss Europa" gözəllik yarışmasında təmsil edib. O, burada "Miss eleqantlıq" tituluna layiq görülüb. Hazırda model növbəti beynəlxalq layihəyə hazırlaşır. Ağayeva özünün model fəaliyyətini Dubayda davam etdirir. O, orada məşhur brendlərin reklam çəkilişlərinə qatılır.

Samirə Ağayeva Azərbaycanda və xaricdə moda nümayişlərində, fotolayihələrdə iştirak edir, reklam çarxlarına çəkilir. Hazırda o, əsasən xaricdə yaşayır və işləyir.

284