Putin zəng edərkən

Moskvadan Bakıya mühüm telefon zəngi

1721
(Yenilənib 14:33 12.04.2018)
Rusiya lideri azərbaycanlı həmkarını seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edib

BAKI, 12 aprel — Sputnik. Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Sputnik Azərbaycan Kremlin rəsmi saytına istinadən xəbər verir ki, Rusiya lideri azərbaycanlı həmkarını seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edib.

Putin Əliyevə Azərbaycan xalqının firavanlığı və ölkəmizin inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb və əminliyini ifadə edib ki, Rusiya-Azərbaycan əlaqələri bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcək.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Vladimir Putinə minnətdarlığını bildirib. Dövlət başçısı öz növbəsində Azərbaycan ilə Rusiya arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə və ölkələrimizin bir-biri ilə daha sıx əməkdaşlıq həyata keçirəcəyinə əminliyini diqqətə çatdırıb.

Xatırladaq ki, dünən Azərbaycanda prezident seçkiləri keçirilib. 125 seçki dairəsi üzrə 5 min 641 seçki məntəqəsindən 5 min 201 seçki məntəqəsi hesabat verib. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransında bildirib ki, 3 milyon 959 min 553 bülletendən 3 milyon 723 min 278 bülleten sayılıb.

Beləliklə, emal olunmuş bülletenlərə əsasən İlham Əliyev 86 faiz, Zahid Oruc 3,11 faiz, Qüdrət Həsənquliyev 3,04 faiz, Sərdar Cəlaloğlu 3,02 faiz, Hafiz Hacıyev 1,51 faiz, Araz Əlizadə 1,39 faiz, Fərəc Quliyev 1,18 faiz və Razi Nurullayev 0, 75 faiz səs toplayıb.

Qeyd edək ki, prezident seçkilərində seçici siyahılarında olan 5 milyon 314 min 365 seçicidən 3 milyon 959 min 553 nəfəri səs verib, seçici fəallığı 74,51 faiz olub.

1721
Teqlər:
zəng, Rusiya Federasiyası, Vladimir Putin, İlham Əliyev, qələbə, Azərbaycan, prezident seçkiləri, prezident
Əlaqədar
Vətəndaşların yeni seçilmiş prezidentdən gözləntiləri nədir?
Alman deputat: "Almaniyada belə şəffaf seçki qutuları yoxdur"
Vladimir Putindan İlham Əliyevə təbrik məktubu gəldi
MDB müşahidə missiyası: Seçkilər yüksək səviyyədə təşkil olundu