Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vladimir Putindan İlham Əliyevə təbrik məktubu gəldi

© Photo : Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsiAzərbaycan Prezidenti İlham Əliyevin Rusiyalı həmkarı ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyalı həmkarı ilə görüşü olub - Sputnik Azərbaycan
Abunə olmaq
Putin Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib

BAKI, 12 aprel — Sputnik. Rusiya Federasiyasının prezidenti Vladimir Putin İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib. Sputnik Azərbaycan Kremlin rəsmi saytına istinadən xəbər verir ki, təbrik məktubunda İ.Əliyevin seçkilərdə inamlı qələbəsinin onun siyasi nüfuzunun göstəricisi olduğu deyilir.

Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, 25 aprel 2016-cı il - Sputnik Azərbaycan
SİYASƏT
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik edib

"Bu qələbə Azərbaycanın qarşısında duran aktual sosial-iqtisadi və xarici siyasət vəzifələrinin həllində xidmətlərinin dəyərləndirildiyini göstərir" — deyə Putin bildirir.

Rusiyalı lideri İlham Əliyevin Moskva-Bakı dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsində göstərdiyi səyləri yüksək qiymətləndirərək əminliyini ifadə edir. Bildirir ki, birgə səyləri ilə bundan sonra da Rusiya və Azərbaycan xalqlarının maraqlarına cavab verən bütün sahələrdə ikitərəfli əməkdaşlığın, eləcə də regional və beynəlxalq məsələlərdə tərəfdaşlığın möhkəmləndirilməsi təmin ediləcək.

Xatırladaq ki, dünən Azərbaycanda prezident seçkiləri keçirilib. 125 seçki dairəsi üzrə 5 min 641 seçki məntəqəsindən 5 min 201  seçki məntəqəsi hesabat verib. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransında bildirib ki, 3 milyon 959  min 553 bülletendən 3 milyon 723 min 278 bülleten sayılıb.

Beləliklə, emal olunmuş bülletenlərə əsasən, İlham Əliyev 86 faiz, Zahid Oruc 3,11 faiz, Qüdrət Həsənquliyev 3,04  faiz, Sərdar Cəlaloğlu 3,02 faiz, Hafiz Hacıyev 1,51 faiz, Araz Əlizadə 1,39  faiz, Fərəc Quliyev 1,18  faiz və Razi Nurullayev 0, 75 faiz səs toplayıb.

Qeyd edək ki, prezident seçkilərində seçici siyahılarında olan 5 milyon 314 min 365 seçicidən 3 milyon 959  min 553 nəfəri səs verib, seçici fəallığı 74,51 faiz olub.

Xəbər lenti
0