Azərbaycanın Baş naziri Artur Rasi-zadə Prezident seçkilərində səs verib

Artur Rasi-zadə öz hüququndan istifadə etdi

19
(Yenilənib 11:31 11.04.2018)
Baş nazir 16 saylı II Yasamal seçki dairəsinin 29 saylı seçki məntəqəsində səs verib

BAKI, 11 aprel — Sputnik. Baş nazir Artur Rasi-zadə prezident seçkilərində səsvermədə iştirak edib. Sputnik Azərbaycan xəbər verir ki, A.Rasi-zadə 16 saylı II Yasamal seçki dairəsinin 29 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

Xatırladaq ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Səsvermə prosesi 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində təşkil olunub.

Səsvermə səhər saat 8:00-da başlayıb, saat 19:00-da başa çatacaq.

Prezident postu uğrunda 8 namizəd mübarizə aparır. Beynəlxalq müşahidəçilərin sayı 890 (60 təşkilat, 59 ölkə), yerli müşahidəçilər isə 58 min 175 nəfərdir.

19
Teqlər:
baş nazir Artur Rasi-zadə, səsvermə, prezident seçkiləri
Əlaqədar
Prezidentin köməkçisi səs verib
Prezident və ailə üzvləri səsvermə hüququndan istifadə ediblər
DTX rəisi: "Hazırda heç bir təhlükə yoxdur"
MSK sədrindən seçki xəbərdarlığı
Seçki 2018: hadisələrin xronikası