Prezident İlham Əliyev seçki məntəqəsində səs verir, arxiv şəkli

Prezident ailə üzvləri səsvermə hüququndan istifadə ediblər

209
(Yenilənib 10:18 11.04.2018)
Dövlət başçısı və ailə üzvləri 29 saylı Səbail Seçki Dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində səsverməyə qatılıblar

BAKI, 11 aprel — Sputnik. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri səs veriblər.

Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısı və ailə üzvləri 29 saylı Səbail Seçki Dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində səsverməyə qatılıblar.

Xatırladaq ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Səsvermə prosesi 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində təşkil olunub.

Səsvermə səhər saat 8:00-da başlayıb, saat 19:00-da başa çatacaq.

Prezident postu uğrunda 8 namizəd mübarizə aparır. Beynəlxalq müşahidəçilərin sayı 890 (60 təşkilat, 59 ölkə), yerli müşahidəçilər isə 58 min 175 nəfərdir.

209
Teqlər:
ailə üzvləri, prezident İlham Əliyev, səsvermə, Mehriban Əliyeva, prezident seçkiləri
Əlaqədar
DTX rəisi: "Hazırda heç bir təhlükə yoxdur"
MSK sədrindən seçki xəbərdarlığı
Seçki 2018: hadisələrin xronikası
Prezident seçkiləri - 2018: İnteraktiv infoqrafika