Здание Центральной избирательной комиссии Азербайджана

MSK sədri 2 milyon nəfər məsələsinə aydınlıq gətirdi

26
(Yenilənib 19:16 10.04.2018)
MSK sədri deyib ki, istənilən şəxs səsvermə günü şəxsiyyət vəsiqəsini götürüb yaşadığı dairədəki məntəqədə səs verə bilər

BAKI, 10 aprel — Sputnik. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Dövlət Statistika Komitəsi və MSK-nın səs vermək hüququna malik vətəndaşların sayı ilə bağlı statistikası arasında 2 milyon nəfərə qədər fərq olmasına aydınlıq gətirib.

Bu gün keçirilən mətbuat konfransında MSK sədri bildirib ki, Azərbaycanda vətəndaşın səs vermək hüququnu heç kim məhdudlaşdıra bilməz.

MSK sədri deyib ki, istənilən şəxs səsvermə günü şəxsiyyət vəsiqəsini götürüb yaşadığı dairədəki məntəqədə səs verə bilər: "Kiminsə adı seçici siyahısına düşməyə bilər. Ancaq Azərbaycanda vətəndaşın səs vermək hüququ mütləqdir. Mən dəfələrlə demişəm ki, bu məsələni qabardanların qohumlarından adı seçici siyahısında yoxdursa, biz onun adını məmnuniyyətlə seçici siyahısına sala bilərik. Azərbaycanda MSK və Dövlət Statistika Komitəsinin statistikası arasında fərqin vətəndaşın səsvermə hüququnun təmin olunmasına heç bir təsiri yoxdur".

26