Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Əsgərlərimizlə bağlı böyük təxribatın üstü açıldı

1031
MN: "Azərbaycan Ordusunun bölmələri Ermənistan ilə dövlət sərhədi boyu atəşkəs rejiminə tam riayət edir"

BAKI, 9 aprel — Sputnik. Son günlər Ermənistan mətbuatı ölkənin rəsmi qurumlarına istinadən növbəti dəfə təxribat xarakterli məlumatlar yaymaqla ictimaiyyətdə yanlış fikir yaradaraq qoşunların qarşıdurma xəttində gərginliyi artırmağa cəhd göstərir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Belə ki, aprelin 8-i və 9-da Ermənistan kütləvi informasiya vasitələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası, Qazax və Tovuz istiqamətlərində Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan ərazisinin guya atəşə tutulması barədə məlumatlar yayıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun bölmələri Ermənistan ilə dövlət sərhədi boyu atəşkəs rejiminə tam riayət edir. Erməni tərəfinin yaydığı məlumatlar həqiqətə uyğun deyil, gələcək təxribatlar üçün zəmin yaradır və bu kimi xəbərlərin davamlı olaraq yayılacağı istisna edilmir.

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınacaq, tərəfimizdən dərhal, sərt və sarsıdıcı cavablar veriləcək.

1031
Teqlər:
bəyanat, Azərbaycan Ordusu, Müdafiə Nazirliyi, Naxçıvan Muxtar Respublikası, Qazax, Tovuz, Ermənistan
Əlaqədar
Müdafiə Nazirliyi sorğuya cavab verdi
Müdafiə Nazirliyi aprel döyüşlərinin nəticələrini açıqladı: 320 ölü, 500-dən çox yaralı
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilib
Türkiyə prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib