SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev gürcü həmkarına başsağlığı verib

Abunə olmaq
Tkibuli bölgəsində yerləşən kömür mədənində baş vermiş uçqun nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim

BAKI, 8 aprel — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev gürcüstanlı həmkarı Giorgi Marqvelaşviliyə başsağlığı məktubu ünvanlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Tkibuli bölgəsində yerləşən kömür mədənində baş vermiş uçqunla bağlı məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Tkibuli bölgəsində yerləşən kömür mədənində baş vermiş uçqun nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

Xəbər lenti
0