İlham Əliyev

İlham Əliyev: "Müsəlman ölkələrində radikal islam qruplaşmaları ilə bağlı təhlükə var"

21
(Yenilənib 22:28 07.04.2018)
İlham Əliyev bütün müsəlman ölkələrində radikal islam qruplaşmaları ilə bağlı təhlükənin olduğunu deyib

BAKI, 6 aprel — Sputnik. Potensial baxımdan bütün müsəlman ölkələrində radikal islam qruplaşmaları ilə bağlı təhlükə var.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Rossiyskaya qazeta"ya verdiyi müsahibədə Azərbaycanda radikal islam qruplaşmaları ilə bağlı təhlükənin nə dərəcədə ciddi olması ilə bağlı suala cavab verərəkən deyib.

O qeyd edib ki, əsas məsələ hökumətin, cəmiyyətin buna necə münasibət bəsləməsi, cəmiyyətin vəziyyəti, onun bu ideyanı qəbul edib-etməməsidir.

İlham Əliyevin sözlərinə görə, radikalizmin ixracına qarşı təkcə inzibati və ya hər hansı başqa tədbirlər vasitəsilə mübarizə aparmaq kifayət deyil. 

Prezident İlham Əliyev
© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

"Biz bu cür təhlükəli ideyaların, necə deyərlər, həyat məkanını məhdudlaşdırmalı idik və buna nail olduq. Biz bu məkanı özümüzün fəal hərəkətlərimizlə məhdudlaşdırmalıyıq. Azərbaycanın dünyəvi dövlət kimi fasiləsiz uğurlu inkişafının başlıca qarantı, ilk növbədə, təhsildir. Bu gün Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Təhsil məsələlərinə çox böyük diqqət yetirilir. Bunu demək kifayətdir ki, bizim büdcəmizdə iki əsas xərc maddəsi var — müdafiə və təhsil. Müdafiənin səbəbləri aydındır. Təhsil isə məhz onun üçündür ki, Azərbaycan vətəndaşlarının gələcək nəsilləri savadlı olsun və radikalizmdən qoruna bilsinlər." — deyə prezident qeyd edib.

O bildirib ki, bu məsələdə ikinci mühüm amil sosial-iqtisadi inkişaf məsələsidir: "Biz görürük ki, çoxsaylı sosial-iqtisadi problemlər – yoxsulluq, işsizlik, ümidsizlik olan yerdə radikalizm və ekstremizm ideyaları özünə dəstək tapır, savadsız adamlar düşünürlər ki, xilas yolu elə bundan ibarətdir. Buna görə bu cür təbliğata qarşı mübarizənin mühüm amilləri, zənnimcə, təhsil üstəgəl iqtisadi və sosial inkişafdır. Dediyim kimi, Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsi dünyada ən aşağı göstəricilərdən biridir. Əlbəttə, fəal dövlət siyasəti və milli mənlik şüuru ideyalarının, bizim keçmişimizlə bağlı ideyaların, gələcək planlarımızın təbliği – bütün bunlar potensial təhlükələrə qarşı fəal mübarizə aparmağımıza kömək edir".

İlham Əliyev onu da qeyd edib ki, ölkəmizin daxilində cəmiyyətin radikallaşması ilə bağlı potensial risklər yoxdur.

"Biz, sadəcə, özümüzü kənardan mənfi və təhlükəli təsirlərdən həm inzibati, həm də sosial-iqtisadi və ideoloji xarakterli tədbirlərlə qorumalıyıq." — İlham Əliyev əlavə edib.

21
Əlaqədar
İlham Əliyev: "Biz təkcə silah istehsal etmirik, həm də ixrac edirik"
İlham Əliyev yemək zövqündən, xanımının bacarığından və hobbisindən danışdı
Əliyevin bədxahları hələlik "Solsberi zəhərlənməsi" stilində təxribat düşünməyiblər