İlham Əliyev və Vladimir Putin

Azərbaycan prezidenti rusiyalı həmkarı ilə şəxsi münasibətlərinin özəlliklərini açıqladı

248
(Yenilənib 14:20 06.04.2018)
İlham Əliyev: “Prezident Vladimir Vladimiroviç Putinlə şəxsi münasibətlərimiz ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin uğurlu inkişafı üçün mühüm amillərdən biridir”

BAKI, 6 aprel — Sputnik. "Əlbəttə, liderlərlə şəxsi kontaktlar həmişə istənilən dövlətlərarası münasibətlərdə, özü də çoxəsirlik tarixin bağladığı qonşu dövlətlər arasındakı münasibətlərdə vacib rol oynayır. Prezident Vladimir Vladimiroviç Putinlə şəxsi münasibətlərimiz ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin uğurlu inkişafı üçün mühüm amillərdən biridir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Azərbaycanın prezidenti İlham Əliyev "Rossiyskaya qazeta"nın Rusiya və Azərbaycan liderlərinin şəxsi əlaqələrinin iki ölkənin münasibətlərində nə dərəcədə vacib olduğu barədə sualını cavablandırarkən deyib. "Vladimir Vladimiroviç Putinlə bizim tez-tez baş tutan görüşlərimiz, ikitərəfli və çoxtərəfli formatda əlaqələrimiz ikitərəfli münasibətlərin, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə şərait yaradır" — İlham Əliyev bildirib.

"Bizdə qapalı mövzular yoxdur. Bizim müdaxiləmizi tələb edən hər hansı məsələlər yarandıqda hökmən zəngləşirik, yaxud görüşürük və tabeliyimizdə olanlardan kiminsə yol verdiyi qüsurları tənzimləyirik. Bu vacib amil dövlətlərarası əməkdaşlıqda mühüm rol oynayır. Düşünürəm ki, bir çox cəhətdən bizim qarşılıqlı etimada əsaslanan şəxsi münasibətlərimiz, ölkələrimizin bir-biri üçün önəmli olduğunu başa düşməyimiz sayəsində biz əməkdaşlığımızı strateji tərəfdaşlıq səviyyəsinə çatdırmağa nail olmuşuq. Bunu Rusiya da bəyan edir, Azərbaycan da" — Azərbaycan prezidenti əlavə edib.

İlham Əliyev qeyd edib ki, bir sıra məsələlərdə Putinlə çox sıx qarşılıqlı əlaqə saxlayır: "İqtisadi sahədə aramızda əmtəə dövriyyəsi artır, nəqliyyat, energetika sahələrində birgə layihələr həyata keçiririk. Çox geniş sahələrdən biri də humanitar əməkdaşlıqdır. Azərbaycanda 300-dən çox məktəbdə rus dilində təhsil mövcuddur, Azərbaycanın bütün dövlət ali təhsil müəssisələrində rus dilində fakültə var".

"Nisbətən yaxın vaxtlarda Bakıda Rusiyanın iki aparıcı ali məktəbinin — Moskva Dövlət Universitetinin və Seçenov adına Tibb Akademiyasının filialları açılıb. Bu da bizim humanitar əməkdaşlığımız üçün mühüm amildir" — deyən İlham Əliyevin fikrincə, qonşular və dostlar arasında münasibətlər məhz belə olmalıdır.

248
Teqlər:
ölkə, münasibət, əlaqə, Vladimir Putin, İlham Əliyev, Rusiya, Azərbaycan, prezident
Əlaqədar
İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub
İlham Əliyevlə Vladimir Putin arasında bu gün də telefon danışığı olub
İlham Əliyev: “Rusiya stabilləşdirici faktordur”
İlham Əliyev Vladimir Putinlə görüşəcək
İlham Əliyev Vladimir Putinlə görüşüb
Baş Prokurorluq

Baş Prokurorluq əhaliyə müraciət etdi - səbirli olun

0
(Yenilənib 16:15 30.11.2020)
Prokurorluq işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir

BAKI, 30 noyabr — Sputnik. Son zamanlar mülki şəxslərin işğaldan azad edilmiş ərazilərimizdə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları, bəzən isə həlak olmaları halları müşahidə edilməkdədir.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, Prokurorluq vətəndaşlarımıza bir daha müraciət edərək, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir.

0
Teqlər:
Qarabag, Baş Prokurorluq, əhali, çağırış, təhlükə, mina, işğaldan azad edilmiş ərazilər

Topçu Vüsal məsələsində son nöqtə qoyuldu - "Məqsədimiz..."

20
"Az-Granata" MMC-nin PR meneceri: "Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. Vətən müharibəsinin qəhrəmanlarından olan topçu Vüsal Şahkərimovu məşhurlaşdıran fotonun spirtli içki şüşəsinin üzərinə vurulması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İctimaiyyətdə qəhrəman topçunun şəklinin spirtli içki şüşəsində əks olunması geniş narazılığa səbəb olub. Əsgərin atası İslam Şahkərimov bildirib ki, şərab istehsalçılarına şifahi şəkildə razılıq verib: "Bir az əvvəl həmin adamlar yenə mənə zəng etmişdilər. Dedilər ki, Vüsal özü bu məsələyə nə deyir, əsas odur. Mən də belə düşünürəm ki, razılıq verməklə səhv etmişəm. Görürəm ki, camaatdan da xeyli narazılıq var. Elə az əvvəl Vüsalla da danışdım. Dedi ki, fotomun içki şüşəsinin üstünə vurulmasına etiraz edirəm".

"Az-Granata" MMC-nin PR meneceri Ülvi Günəşli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq topçu Vüsal Şahkərimovla bağlı məsələ bağlanıb: "Qeyd edim ki, üzərində topçu Vüsal Şahkərimovun şəkli olan spirtli içki istehsala verilməmişdi. Sadəcə olaraq bu barədə məlumat paylaşılmışdı. "Az-Granata" MMC Vüsalın valideyni ilə danışaraq həm şifahi, həmçinin də rəsmi razılığını almışdı. Sadəcə olaraq bu məsələdə ictimaiyyətin fikrini nəzərə aldıq. Həmçinin topçumuz özü də şəklinin spirtli içki şüşəsində olmasına razı olmayıb. Biz də bütün bunları nəzərə alaraq bu məsələni qapatdıq".

Ü.Günəşli iddia edir ki, əslində bu məsələdə şirkətin məqsədi tamamilə başqa olub: "Bizim fikrimiz ictimaiyyətə düzgün çatdırılmadı. Şirkətimiz Vüsalın şəklinin vurulduğu kitabların çapına da sponsorluq etmək niyyətində idi. Bizim qədim tarixi adları daşıyan məhsullarımız var. Həmin məhsullar gələn qonaqlara təqdim edildikdə tariximizlə bağlı məlumatlar da verilir. Bizim üzərində topçu olan spirtli içkini bir dəfə istehsal etmək fikrimiz vardı. Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Qeyd edək ki, əslən Xaçmaz rayonundan olan 19 yaşlı topçu Vüsal Şahkərimov Vətən müharibəsinin minlərlə qəhrəmanından biridir.

20