QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Mehriban Əliyeva Ermənistan barədə sərt ifadələr işlətdi

© Official website of President of Azerbaijan RepublicВыступление вице-президента Азербайджана Мехрибан Алиевой на приеме в честь министров иностранных дел стран Движения неприсоединения
Выступление вице-президента Азербайджана Мехрибан Алиевой на приеме в честь министров иностранных дел стран Движения неприсоединения - Sputnik Azərbaycan
Abunə olmaq
Birinci vitse-prezident: "Ermənistan sülh səylərinə məhəl qoymur və təcavüzü davam etdirir"

BAKI, 6 aprel — Sputnik. "Əfsuslar olsun ki, Azərbaycan hələ də həll olunmamış böyük problemlə üz-üzədir. Bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizi işğal altındadır. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakıda Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin şərəfinə verilən ziyafətdə çıxışı zamanı deyib. 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva - Sputnik Azərbaycan
RUSİYA
Mehriban Əliyeva kədərini ifadə etdi

"Biz bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Bununla belə, Ermənistan sülh səylərinə məhəl qoymur və təcavüzü davam etdirir. Münaqişə beynəlxalq hüququn prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bununla belə, Ermənistan onları yerinə yetirməkdən imtina edir".

O, həmçinin Azərbaycanın ərazi bütövlüyü Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən açıq şəkildə tanındığını qeyd edib:

"Mən qeyd etmək istərdim ki, ölkəmizin ərazi bütövlüyü Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən açıq şəkildə tanınır. Bu təşkilat hər zaman bizim siyasi mövqeyimizi qlobal səviyyədə dəstəkləyib. Bununla əlaqədar təşkilat bir neçə qətnamə və qərarlar qəbul edib. Mən bu dəstəyə görə sizə minnətdaram".

Xəbər lenti
0