Bakıya sürpriz səfər olacaq

© AFP 2023 / Vilhelm STOKSTADKuzey Kore Dışişleri Bakanı Ri Yong Ho
Kuzey Kore Dışişleri Bakanı Ri Yong Ho - Sputnik Azərbaycan
Abunə olmaq
Kim Çen In Cənubi Koreya və ABŞ liderləri ilə görüşdən əvvəl başqa dövlətlərin dəstəyini almaq istəyir

BAKI, 3 aprel — Sputnik. Şimali Koreyanın xarici işlər naziri Ri Yonq-ho Çin səfərinin ardından cümə axşamı və cümə günü Azərbaycanın paytaxtı Bakıya səfər edəcək. O, həmçinin Rusiya paytaxtını da ziyarət edəcək.

Глава КНДР Ким Чен Ын, фото из архива - Sputnik Azərbaycan
Şimali Koreya liderindən tarixi səfər

Sputnik Türkiyə-nin məlumatına görə, bu barədə Cənubi Koreyanın informasiya agentliyi olan "Yonhap" məlumat yayıb. Ri Yonq-ho Çinə səfər etmək üçün ölkəsindən çıxıb. Oradan Azərbaycana gələcək. Şimali koreyalı nazir Bakıda "Qoşulmama hərəkatı"nın nazirlər səviyyəsində keçiriləcək konfransına qatılacaq.

Pxenyan hələlik nazirin kimlərlə görüşəcəyi barədə açıqlama verməyib. Amma Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl verdiyi açıqlamada Şimali Koreya xarici işlər nazirinin səfərinin baş tutması istiqamətində işlər gördüyünü bildirmişdi.

Politoloqlar Rinin Azərbaycan və Rusiya səfərinin Şimali Koreya lideri Kim Çen Inın keçən həftəki Çin səfəri ilə bağlı olduğunu, bundan əlavə, Şimali Koreyanın Kim Çen Inın Cənubi Koreya lideri Mun Çey İn və ABŞ prezidenti Donald Trampla bir araya gələcəyi zirvədən əvvəl digər ölkələrin dəstəyini almaq istədiyini deyirlər.

Xəbər lenti
0