Milli Məclis

Azərbaycan parlamenti soyqırımı ilə bağlı gözlənilən qərarı verdi

627
(Yenilənib 15:06 30.03.2018)
Milli Məclis azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı bəyanat qəbul edib

BAKI, 30 mart — Sputnik. Milli Məclis azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı bəyanat qəbul edib. Sputnik Azərbaycan xəbər verir ki, bəyanatı Milli Məclisin vitse-spiker Bahar Muradova səsləndirib.

Bəyanatda bildirilir ki, 1918-ci ilin mart-aprel aylarında Bakı sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törədilmiş soyqırım cinayətlərindən 100 il keçir.

O dövrdə Bakı şəhərində, eləcə də Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakinin etnik-dini mənsubiyyətinə görə məhv edilməsi, yaşayış məntəqələrinin dağıdılması, mədəniyyət abidlərinin, məscidlərin, qəbiristanlıqların yerlə-yeksan edilməsi "Böyük Ermənistan" xülyası naminə erməni şovinistlərinin xalqımıza qarşı mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin ən qanlı səhifələrindən birini təşkil edir.

Bəyanatda Dağlıq Qarabağın ermənilərin tərəfindən işğalı vurğulanıb, insanların qətlə yetirildiyi, işgəncələrə məruz qaldığı bildirilib.

Bəyanatda beynəlxalq təşkilatlara, dünya ölkələrinə və dünya ölkələrinin parlamentlərinə müraciət olunur ki, erməni şovinistlərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı cinayətləri tanısınlar, gələcəkdə soyqırımların baş vermənməsi üçün Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq prinsipləri çərçivəsində həll edilməsinə köməklik göstərsinlər.

Milli Məclisin Bəyanatı səsə qoyularaq qəbul edilib.

627
Teqlər:
azərbaycanlıların soyqırımı, Milli Məclis, bəyanat, erməni
Əlaqədar
"Üç gün ərzində Bakı şəhərində 12 mindən çox insan qətlə yetirilib"
Deputat: "Prezident cəsarətli addım ataraq o qəbirlərin açılmasına göstəriş verdi"