Milli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli

"Üç gün ərzində Bakı şəhərində 12 mindən çox insan qətlə yetirilib"

109
(Yenilənib 13:36 30.03.2018)
Milli Məclisin sədri: "1918-ci ilin mart soyqırımı bu cinayət əməllərinin yüksək zirvəsi olub"

BAKI, 30 mart — Sputnik. "Erməni işğalçılarını dəstəkləyən qüvvələrin Azərbaycan xalqına qarşı düşmənçilik siyasətinin 200 ilə yaxın tarixi var". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisdə bu gün keçirilən, ermənilərin azərbaycanlılara qarşı soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasda parlamentin sədri Oqtay Əsədov deyib.

O.Əsədov xatırladıb ki, 20-ci əsrin əvvəllərində Azərbaycana 1 milyondan çox erməni köçürülüb: "Tarixin müəyyən dövrlərində böyük dövlətlər geosiyasi planlarını həyata keçirmək üçün erməni faktorundan məharətlə istifadə edib. Bu dövlətlərin gizli və açıq himayəsindən istifadə edərək erməni millətçilərinin "Böyük Ermənistan" xülyası Cənubi Qafqaz əhalisinin böyük fəlakətlərlə üzləşməsinə gətirib çıxarıb".

"Erməni şovinistləri ələ keçirmək istədikləri ərazilərdən yerli sakinləri təmizləmək niyyəti ilə müxtəlif dövrlərdə Şərqi Anadoluda və Cənubi Qafqazda soyqırımı və terror aktları həyata keçiriblər. Onların vəhşi əməlləri nəticəsində 2 milyon insan öldürülüb. 1918-ci ilin mart soyqırımı bu cinayət əməllərinin yüksək zirvəsi olub. Mart ayının cəmi 3 günü ərzində Bakı şəhərində 12 mindən çox dinc əhali qətlə yetirilib. Xalqımıza qarşı düşmənçilik siyasəti Sovet hakimiyyəti illərində də davam edib", — spiker vurğulayıb.

Parlamentin sədri bildirib ki, Azərbaycan dövləti gündən-günə güclənir, inkişaf edir: "Bütün bunlar xalqımıza qarşı yeni soyqırımı cinayətlərinin baş verməməsinə ən yaxşı təminatdır. Əminəm ki, Azərbaycan işğal olunmuş torpaqlarını azad edəcək, xalqımıza qarşı düşmənçilik edənlərin layiqli cavabı veriləcək. Prezident İlham Əliyev dəfələrlə deyib ki, Zəngəzur, İrəvan və digər ərazilər Azərbaycanın əzəli torpaqlarıdır. İndiki Ermənistan Qərbi Azərbaycan torpaqları üzərində yaradılıb. Bu, tarixi faktdır. Əminəm ki, tarix hər kəsə layiq olduğu qiyməti verəcək. Gec-tez haqq-ədalət yerini tapacaq".

109
Teqlər:
düşmənçilik siyasəti, soyqırımı, Azərbaycan xalqı, Oqtay Əsədov, erməni
Əlaqədar
Soyqırımı barədə sənədli filmin təqdimatı oldu
"Quba məzarlığı azərbaycanlıların soyqırımının əyani sübutudur"
Ölkə QHT-lərindən 31 mart soyqırımı ilə bağlı yekdil mövqe
"Mart soyqırımında məqsəd milli ruhu məhv etmək idi"