Milli Məclis

Milli Məclisin xüsusi iclası keçiriləcək

15
(Yenilənib 02:08 30.03.2018)
Sərəncamla Milli Məclisə soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilib

BAKI, 30 mart — Sputnik. Bu gün Milli Məclisin 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclası keçiriləcək.

Sputnik Azərbaycan-ın xəbərinə görə, iclasda soyqırımı ilə bağlı müraciət qəbul olunacaq.

Bu il yanvarın 18-də prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb. Sərəncamla Milli Məclisə soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilib.

15
Əlaqədar
"Mart soyqırımında məqsəd milli ruhu məhv etmək idi"
Milli təhlükəsizlik orqanının yaradıldığı gün
Milli Məclisin komitə sədri: "Rusiya xalqının düzgün seçim edəcəyindən əminik"