BAKI, 28 mart — Sputnik. "Bu gün İran-Azərbaycan əlaqələri ən yüksək zirvəyə çatıb".
Sputnik Azərbaycan xəbər verir ki, bunu martın 28-də Bakıda iranlı həmkarı Həsən Ruhani ilə təkbətək görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib.
"Əminəm ki, səfər çox uğurlu olacaq, İran-Azərbaycan dostluq və qardaşlıq əlaqələri inkişaf edəcək. Bizim aramızda çox sıx əlaqələr mövcuddur. Bütün sahələr üzrə çox yaxşı əməkdaşlıq edirik. Həm siyasi, həm iqtisadi, mədəni, enerji, nəqliyyat – bütün sahələrdə yaxşı nəticələr var və bu gün imzalanacaq sənədlər əlaqələrimizin inkişafına yeni təkan verəcək. Bizim görüşlərimiz müntəzəm olaraq keçirilir. Görüşlər zamanı əldə edilmiş razılaşmalar, verdiyimiz tapşırıqlar yerinə yetirilir. Bunun nəticəsində bu gün İran-Azərbaycan əlaqələri ən yüksək zirvəyə çatıb", — deyə dövlət başçısı əlavə edib.
BAKI, 20 aprel — Sputnik. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 14830 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9981, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4849 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1352210, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 899213, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 452997 təşkil edir.
Rəşad Kərəmoğlu, Sputnik Azərbaycan
BAKI, 20 aprel — Sputnik. Qəbələdə 32 yaşlı qadın özünü öldürüb.
Sputnik Azərbaycan bildirir ki, hadisə rayonun Solqıca kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakini, 32 yaşlı Şölə Sədiyar qızı Aslanova özünü asaraq intihar edib. Qadının özünü öldürmə səbəbi hüquq mühafizə orqanları tərəfindən araşdırılır.