Водитель и пассажир в салоне автомобиля, фото из архива

Azərbaycanın yol polisi Fransanın yol hərəkəti qaydalarına qarşıdır

748
(Yenilənib 21:45 20.03.2018)
Yol polisi hesab edir ki, avtomobil sahiblərinin sükan arxasında mobil telefonla danışmaq hüququnu pozmaq olmaz

BAKI, 20 mart — Sputnik. Fransadakı kimi sürücülük hüququ olan avtomobil sahiblərinin sükan arxasında mobil telefonla danışmaq hüququnu pozmaq olmaz. Bunu Sputnik Azərbaycan-a müsahibəsində Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol hərəkəti təhlükəsizliyinin təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bu yaxınlarda dünya mediasında Fransada yol hərəkəti qaydalarının pozulmasına görə cəzaların sərtləşdirilməsinə dair yayılan məlumatları şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrinin 70%-i nəqliyyat vasitəsini idarə edərkən sürücünün diqqətinin yayınması səbəbindən baş verir. Əsədov deyib ki, sürücünün diqqətinin yayınması bu səbəblərdən baş verir: sərnişinlə söhbət etmək, həyəcan, mənfi emosiya, telefonla söhbət, SMS göndərmək və s. Bu səbəbdən də Azərbaycanda sükan arxasında mobil telefondan istifadə qadağandır və 50 manat cərimə tətbiq edilir. 

Fransada yol hərəkəti qaydalarının pozulmasına görə cəzaların sərtləşdirilməsi ilə əlaqədar (orada sükan arxasında mobil telefonla danışan sürücü sürücülük hüququndan məhrum edilir-red.) Vaqif Əsədov deyib ki, Azərbaycanda qanunlar çox humanistdir. Onların sayəsində yol hərəkətinin təhlükəsizliyi təmin edilir. Ona görə də, sükan arxasında mobil telefonla danışmağa görə, avtomobil sahiblərini sürücülük hüququndan məhrum etməyə ehtiyac yoxdur.

"Mən bir sürücü olaraq istəyərdim ki, cərimələrin məbləği artırılmasın. Buna paralel olaraq, yol polisi yol hərəkətinin təhlükəsizliyi üçün təbliğat aparır. Bu təbliğatın nəticəsi olaraq ölkəmizdə yol-nəqliyyat hadisələri azalmağa başlayıb. Yol hərəkətinin təhlükəsizliyi birinci dərəcəli məsələdir" — deyə Əsədov bildirib.

O, həmçinin qeyd edib ki, respublikada normal cərimə sanksiyaları mexanizmi işləyir.

Polisin nümayəndəsi avtonəqliyyat vasitələrini idarə edən sürücüləri sükan arxasında diqqətli olmağa çağırıb. Deyib ki, onlar diqqətsizlik etməklə təkcə özlərinin yox, ətrafdakıların da həyatını təhlükəyə atırlar.

748
Əlaqədar
Yol polisi piyadaları cərimələməyə başladı
Bu ölkədə on min yol polisi ixtisar edildi
Bakıda yol polisi piyadanı öldürdü
Yol polisi qan tökdü

Ermənistan qoşunları dinc azərbaycanlıları atəşə tutur FOTOFAKTLAR

48
(Yenilənib 22:57 28.09.2020)
Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini top atəşinə tutmağa davam edir. Atəş nəticəsində dinc sakinlər əziyyət çəkir, infrastruktur məhv edilir.

Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini top atəşinə tutmağa davam edir. Atəş nəticəsində dinc sakinlər əziyyət çəkir, infrastruktur məhv edilir. Bunun təsdiqini Sputnik Azərbaycan-ın fotolentində görə bilirsiniz.

Ermənistan silahlı qüvvələri sentyabrın 27-də təxribata əl atdıqdan sonra Azərbaycanın dinc yaşayış məntəqələrini atəşə tutmağa davam edir. Sputnik Azərbaycan-ın müxbiri Ağdam rayonunun Çıraqlı kəndində bunun şahidi olub və hətta özü də atəşə məruz qalıb.

Mərmilər yerli sakinlərin evlərini dağıdıb, yaralılar var, ev heyvanları tələf olub. Ermənistan silahlı qüvvələrinin mərmiləri kənd yolunun bir hissəsini də dağıdıb.

Tərtər rayonunun Qapanlı kəndinin, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd kəndlərinin, Füzuli rayonunun Alxanlı və Şükürbəyli kəndlərinin, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin intensiv atəşə tutulması nəticəsində dinc sakinlər arasında ölən və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

48
  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində tələf olan heyvanlar

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan yol

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan yol

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəşin nəticəsi

İlham Əliyevlə BMT-nin Baş katibi arasında videokonfrans formatında görüş olub

27
(Yenilənib 22:54 28.09.2020)
Azərbaycan Prezidenti İlham Əliyevlə BMT-nin Baş katibi Antonio Quterreşlə onlayn görüşdə Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatla bağlı hadisələrin gedişinə dair məlumat verib.

BAKI, 28 sentyabr — Sputnik. Sentyabrın 28-də BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə onunla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüş olub.

Sputnik Azərbaycan xəbər verir ki, Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatla bağlı hadisələrin gedişinə dair məlumat verib. Qeyd edib ki, sentyabrın 27-də Ermənistan təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutub və bunun nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olublar. Azərbaycan tərəfi özünümüdafiə məqsədilə uğurlu əks-hücum əməliyyatları həyata keçirir.

Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan tərəfi birinci dəfə deyil belə hərbi təxribatlar törədir. Belə ki, işğalçı ölkə bu ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədində buna oxşar təxribat həyata keçirib, avqust ayında isə erməni diversiya dəstəsi təmas xəttini keçməyə cəhd edib. Eyni zamanda, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir ki, bu da Cenevrə Konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulmasıdır.

İlham Əliyev qeyd edib ki, Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələri yaradıb. O, Ermənistanın yeni müharibəyə hazırlaşmasını BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışında qeyd etdiyini xatırladıb.

Dövlət başçısı bildirib ki, Ermənistan rəhbərliyi şüurlu şəkildə danışıqlar prosesini pozur. Ermənistan rəhbərliyinin "Dağlıq Qarabağ Ermənistandır" bəyanatı danışıqlara ciddi zərbə vurub. "Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır" bəyanatı isə danışıqlar formatının dəyişdirilməsi cəhdidir ki, bu da qəbuledilməzdir və bu, Minsk qrupunun rəhbərliyi tərəfindən də bildirilib.

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmalıdır", - Azərbaycan Prezidenti deyib.

Söhbət zamanı Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr olunmuş Xüsusi Sessiyası müzakirə edilib və dövlətimizin başçısı bu təşəbbüsə göstərdiyi dəstəyə görə BMT Baş katibinə minnətdarlığını bildirib. Prezident İlham Əliyev Azərbaycanın COVID-19 ilə mübarizə istiqamətində beynəlxalq müstəvidə səylərini bundan sonra da əsirgəməyəcəyini qeyd edib.

Videokonfrans formatında keçirilən görüşdə Azərbaycanla BMT arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

27